Люди на Площади фонтанов в Баку - Sputnik Azərbaycan
CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Alkoqolun daha bir zərəri məlum oldu

CC0 / StockSnap / WineŞərab, arxiv şəkli
Şərab, arxiv şəkli - Sputnik Azərbaycan
Xəbərlərə abunə olun
O, zamanla aritmiyanın müxtəlif formalarının, o cümlədən atrial fibrilasiya yaranmasına səbəb olur

BAKI, 20 mart — Sputnik. Münhen Universitetinin alimləri sübut edib ki, həddən artıq alkoqollu içki qəbul etmək ürək çatışmazlığının bir növü olan atrial fibrilasiya xəstəliyi ilə nəticələnir ki, sonradan bu xroniki xəstəliyə çevrilə bilər. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, aparılan araşdırmada 3 mindən çox adam iştirak edib.

Рюмки со спиртным. Архивное фото - Sputnik Azərbaycan
Alkoqolizm müalicə olunacaq: Xəstəliyin dərmanı tapıldı

Könüllülərin ürəyinin elektrokardioqramı çıxarılıb. Daha sonra onların nəfəs aldığı havada alkoqolun konsentrasiyası ölçülüb. Bundan əlavə, cinsi, yaşı, ürək-damar xəstəliklərinin mövcudluğu, siqaret çəkmələri və ürəyin aktivliyini qorumaq üçün dərmanların qəbul edilib-edilmədiyi də nəzərə alınıb.

Məlum olub ki, nəfəs alan zaman havada yüksək spirt konsentrasiyasının olması ürək çatışmazlığının tezliyi ilə əlaqəlidir. Araşdırmaçıların fikrincə, bu, uzun müddətli spirtli içki qəbul zamanı mümkündür. O, zamanla aritmiyanın müxtəlif formalarının, o cümlədən atrial fibrilasiya yaranmasına səbəb olur.

Ekspertlər hesab edirlər ki, alkoqol simpatik və parasimpatik sinir sistemləri arasında qeyri-bərabərlik yaratdığı üçün spirtə tələbat artır.  Simpatik və parasimpatik sinir sistemlər qarşılıqlı müstəsna funksiyaları yerinə yetirən avtonom sinir sisteminin komponentləridir. Birincisi ürək aktivliyinin stimullaşdırılmasını təmin edir, ikincisi ürək tutmalarının tezliyi və gücünün azalmasına səbəb olur.

Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала