BAKI, 11 fevral — Sputnik. Alkoqol aludəçiliyini sağaldan üsul tapılıb. Sputnik Azərbaycan "MedicalXpress”ə istinadla məlumat verir ki, Avstraliyanın Queensland Texnologiya Universitetinin alimləri tandospiron preparatının insan beyninə təsir edərək həddən artıq alkoqol qəbulu və aludəçiliyini azaltdığını müəyyən ediblər.
Tədqiqatçılar siçanlar üzərində aparılan təcrübələrdə müəyyən ediblər ki, tandospironun antidepresant xüsusiyyətləri alkoqolun qəbulunun kəsilməsi ilə bağlı olan narahatlığı aradan qaldırmaq üçün faydalıdır. Bu da öz növbəsində spirtlə bağlı olan stressi azaldır.