Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Güləş federasiyasında növbəti narazılıq: Maaşlar yenə gecikdirilir

© AR Ministry of DefenseAzərbaycanın sərbəst güləşçisi Ağahüseyn Mustafayev güləş üzrə hərbçilərin 31-ci dünya çempionatının qızıl medalını qazanıb
Azərbaycanın sərbəst güləşçisi Ağahüseyn Mustafayev güləş üzrə hərbçilərin 31-ci dünya çempionatının qızıl medalını qazanıb - Sputnik Azərbaycan
Abunə olmaq
İdmançılar maaş almadıqlarından narazıdırlar, federasiya “problem yoxdur” deyir

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 16 mart — Sputnik. Bir neçə ay öncə güləşçilər maaş almadıqları üçün aksiya keçirmişdilər. Məsələ mətbuatda işıqlanandan sonra güləşçilərin və federasiya işçilərinin maaşları ödənildi. Amma deyəsən, bu məsələ yenidən gündəmə gəlib.

© Photo : VK /aze_wrestVkontakte sosial şəbəkəsindəki "Azərbaycan güləşi/Борьба в Азербайджане" adlı səhifəyə göndərilmiş anonim məktub
Vkontakte sosial şəbəkəsindəki Azərbaycan güləşi/Борьба в Азербайджане adlı səhifəyə göndərilmiş anonim məktub - Sputnik Azərbaycan
Vkontakte sosial şəbəkəsindəki "Azərbaycan güləşi/Борьба в Азербайджане" adlı səhifəyə göndərilmiş anonim məktub

Belə ki, bir neçə gün öncə legioner güləşçilərdən biri sosial şəbəkədə aylardır maaş almadığını və onun kimi bir çox güləşçiyə əməkhaqqı verilmədiyini qeyd edib.

Sputnik Azərbaycan məsələ ilə bağlı 

Güləş üzrə beynəlxalq turnir. Arxiv şəkli - Sputnik Azərbaycan
İDMAN
Güləş üzrə Avropa çempionatında yenilik
Federasiyanın vitse-prezidenti Firdovsi Umudovun münasibətini öyrənib. Vitse-prezident xəbərin doğru olmadığını deyib: "Yalan məlumatdır. Aparıcı idmançıların hər biri vaxtlı-vaxtında maaşlarını alırlar. Doğrudur, fevral-mart ayında maaş almayıblar. Amma bayramdan sonra bu ayların da pulu veriləcək”.

F.Umudov onu da qeyd edib ki, federasiya hər idmançıya əməkhaqqı verməli deyil: “Hansı idmançı nəticə göstərirsə, Azərbaycan bayrağını ucaldırsa, həmin idmançılara da əməkhaqqı verilir”.

“Hazırda təlim-məşq toplantılarına hazırlıq prosesini keçiririk. Deməli, hər şey qaydasındadır. Həmin idmançı adını desin, görək kimdir. Bir problem olsa, mən açıq deyə bilərəm. Federasiyanın əsas məqsədi də aparıcı idmançılarımızı diqqətdə saxlamaqdır", – deyə vitse-prezident bildirib.

Xəbər lenti
0