BAKI, 16 mart — Sputnik. UEFA Avropa Liqasının 1/8 final mərhələsində keçirilən "Lion" və MOİK matçından öncə kütləvi dava düşüb. Hüquq-mühafizə orqanlarının əməkdaşları gözyaşardıcı qazdan istifadə edərək hadisələrin böyüməsinə mane olublar.
Sputnik Azərbaycan xəbər verir ki, hadisə zamanı 8 polis əməkdaşı xəsarət alıb. Kütləvi dava stadionun girişində yaşanıb. Polisin məlumatına görə, qarşıdurmada hər iki klubun fanatları da təqsirkar olublar.
Həmin görüntüləri təqdim edirik: