BAKI, 12 mart — Sputnik. Çempionlar Liqasında 1/8 final mərhələsinin daha 2 cavab oyunu keçirilib.
Sputnik Azərbaycan xəbər verir ki, "Real", "Mançester Siti", "Liverpul" və "Yuventus"dan sonra "Sevilya" və "Roma" da 1/4 finala adlaya biliblər.
İngiltərədə "Mançester Yunayted" "Sevilya"nı qəbul edib. Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. İlk oyun 0:0 bitdiyindən, bu nəticə ilə ispanlar növbəti mərhələyə yüksəliblər.
İtaliya "Roma" ilk görüşdəki məğlubiyyətin (2:1) əvəzini "Şaxtyor"dan çıxmağı bacarıb. Minimal hesablı qələbə qazanan italiyalılar Dzekonun qoluna seviniblər. Bununla da "canavarlar" səfər qolu hesabına 1/4 finala çıxıblar.