BAKI, 12 mart — Sputnik. Azərbaycan Kikboksinq Federasiyasının (AKF) "Tank" ləqəbli idmançısı, dünya çempionu Xəyal Əhmədov Almaniyada baş tutan beynəlxalq yarışda qələbə qazanıb.
Sputnik Azərbaycan AKF-in mətbuat xidmətinə istinadən xəbər verir ki, idmançımızın rəqibi "Sterrenberg" ləqəbli almaniyalı kikboksçu olub. İdmançımız rəqibi üzərində parlaq qələbə qazanıb.