CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

MŞ sədri həbsdə olan jurnalistlərdən danışdı

© Sputnik / Murad OrujovƏflatun Amaşovun Azərbaycan jurnalistlərinin VII qurultayında çıxışı
Əflatun Amaşovun Azərbaycan jurnalistlərinin VII qurultayında çıxışı - Sputnik Azərbaycan
Abunə olmaq
Kütləvi aksiyalar zamanı da jurnalistlərin təhlükəsizliyi diqqət mərkəzində saxlanılıb"

BAKI, 10 mart — Sputnik. "Son 15 ildə Azərbaycan Mətbuat Şurasına edilən şikayətlərin sayı 12 mini ötüb. Şikayətlərin 70 faizində haqlı tərəf jurnalistlər olub". Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Mətbuat Şurasının sədri Əflatun Amaşov jurnalistlərin VII qurultayında bildirib.

Amaşov qeyd edib ki, şuranı tənqid edilənlər iddia edirlər ki, Mətbuat Şurası daha çox məmurları müdafiə edir, jurnalistlərə qarşı cəbhə açır.

Председатель Совета печати Афлатун Амашов - Sputnik Azərbaycan
Amaşov: “2017 bizim üçün xüsusi il oldu”

"Bu, yalandır. Son 15 ildə jurnalistlərin əksər problemləri həll olunub. Mediaya dövlət dəstək verir. Azərbaycan mediası iqtisadi baxımdan xeyli inkişaf yolu keçib. Redaksiyaların maddi-texniki bazası möhkəmlənib. Növbəti hədəf medianın reklam bazarının genişlənməsi olmalıdır" – deyə Amaşov bildirib.

O, qeyd edib ki, həbsdə olan jurnalistlərin cəzalarının çəkilməmiş hissəsindən azad edilməsi üçün ölkə başçısına müraciət ünvanlanmalıdır: "Bu, humanist addım olar".

Ə.Amaşov qeyd edib ki, Mətbuat Şurası Prezident, parlament, bələdiyyə seçkilərində jurnalistlərinin fəaliyyətinin monitorinqini aparıb: "Bununla əlaqədar Mətbuat Şurasında "qaynar xətt" yaradılıb, fəaliyyət göstərilib. Kütləvi aksiyalar zamanı da jurnalistlərin təhlükəsizliyi diqqət mərkəzində saxlanılıb".

Xəbər lenti
0