Əflatun Amaşov: “Dünyanın heç bir yerində jurnalistlərə təmənnasız ev verilmir”
“2017-ci il Azərbaycan mediasının tarixində xüsusi il kimi yadda qalacaq”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov deyib.
“Bu gün Azərbaycanda peşəkar media mövcuddur. Mediamız ölkə həqiqətlərinin dünyaya çatdırılmasına, Azərbaycanın müsbət imicinin formalaşmasına öz töhfəsini verir. Həmçinin bu il ölkəmizdə 250-yə yaxın jurnalist ailəsi mənzillə təmin olunub. Dünyanın başqa yerlərində jurnalistlərin sosil vəziyyəti dövlətin birbaşa iştirakı ilə həll olunmur” — deyə o bildirib.