BAKI, 9 mart — Sputnik. UEFA klubların yeni reytinqini dərc edib. Sputnik Azərbaycan UEFA-ya istinadən xəbər verir ki, Azərbaycanın ən reytinqli klubu olan "Qarabağ" mövqeyini dəyişib. Son 5 mövsümün nəticəsində 20,500 xal toplayan "Qarabağ" 3 pillə geriləyib. Buna İspaniya klublarının irəliləyişi səbəb olub. Bununla da futbol klubumuz 73-cü sıraya düşüb. "Qarabağ" klubu bu mövqeni eyni xala malik olan BATE (Belarus) və "Yanq Boyz"la (İsveçrə) bölüşür.
Digər komandalarımızın isə mövqelərini qoruyub saxlaya bilib. "Qəbələ" aktivindəki 5,250 xalla "Voyvodina" ilə 191-ci pilləni bölüşür. Azərbaycanın digər 5 klubu — "Neftçi, "Xəzər Lənkəran", "Keşlə", "Zirə" və "Kəpəz" 3,825 xalla 244-256-cı yeri bölən komandalar sırasında yer alır.
Qeyd edək ki, siyahıya 153,000 xala malik "Real" liderlik edir. 2-ci yerin sahibi "Atletiko" klubudur. "Bavariya" və "Barselona"nı isə 3 və 4-cü yerləri bölüşürlər.