Dondurulmuş hesablardakı 10 milyard vəsait hara yoxa çıxdı?

CC0 / RJA1988 / dollarDollar və avro
Dollar və avro - Sputnik Azərbaycan
Abunə olmaq
Maliyyə Nazirliyinin müəmmalı surətdə yoxa çıxan pullardan xəbəri yoxdur

BAKI, 9 mart — Sputnik. 2011-ci ildə BMT-nin qərarı ilə dondurulan Liviya hesablarındakı 10 milyard avrodan artıq vəsait müəmmalı şəkildə yoxa çıxıb. Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, 10 milyard avrodan artıq vəsait 2013-2017-ci illər arasında "Euroclear" bankının hesablarından "sirli" bir şəkildə "buxarlanıb".

Seyf əl-İslam Qəddafi, arxiv şəkli - Sputnik Azərbaycan
Qəddafi geri qayıdır

Belçika KİV-lərinin yazdığına görə, bu hesablara Liviyanın devrilmiş lideri Müəmmar Qəddafinin yaxın ətrafı nəzarət edirdi. Qeyd olunur ki, dondurulmuş hesabların "donunun açılması" Belçika Maliyyə Nazirliyi ilə razılaşdırılmayıb.

Prokurorluğun verdiyi məlumata görə, bankın dörd açıq hesabında cəmi 5 milyard avroya qədər pul qalıb. Halbuki ümumilikdə bu hesablarda 16 milyard avro olub.

2011-ci ilin oktyabrında Qəddafinin devrilməsindən və öldürülməsindən sonra Liviyada ikihakimiyyətlilik yaranıb: bir tərəfi ümumi parlament seçkilərində seçilmiş, ölkənin şərqindəki Tobrukda oturanlar, digər tərəfi isə Tripolidəki islam təmayüllü Universal Milli Konqres təmsil edir. BMT-nin dəstəyi ilə Liviyada Milli Birlik Hökumətinin Kabineti formalaşdırılıb.

Xəbər lenti
0