Venesuelada bir fincan qəhvə puluna ev

CC0 / Line-tOodLinGfc / teaÇay və qəhvə
Çay və qəhvə - Sputnik Azərbaycan
Abunə olmaq
Sürətli qiymət artımına qarşı mübarizə apara bilməyən ölkənin pulu, basıldığı kağızdan daha dəyərsiz hala gəlib

BAKI, 8 mart — Sputnik. Venesuela sürətlə yüksələn inflyasiya qarşısında çarəsiz qalıb. Bu ölkə dəyərini sürətlə itirən pul vahidi bolivar səbəbindən çətin günlər keçirir.

Sputnik Azərbaycan "Hürriyet"ə istinadla xəbər verir ki, hazırda ölkədə bir fincan qəhvə almaq üçün verilən pulla 15 il əvvəl ev almaq olardı.

Sürətli qiymət artımına qarşı mübarizə apara bilməyən ölkənin pulu, basıldığı kağızdan daha dəyərsiz hala gəlib. 

Venesuelada qarşıdurmalar - Sputnik Azərbaycan
Venesuelada vəziyyət daha da pisləşdi

4 dollar qarşılığında bir kisə pul alan venesuelalılar bu pul ilə ancaq bir fincan qəhvə ala bilər. Bu gün 1 fincan qəhvə üçün verilən pulla 15 il əvvəl paytaxtda tək otaqlı bir ev almaq mümkün idi.

Paytaxt Karakas və digər böyük şəhərlərdəki marketləri uzun zamandır ordu və təhlükəsizlik qüvvələri qoruyur.

Venesuela prezidenti Nikolas Maduro isə böhrandan çıxış yolunu kripto valyutada axtarır.

Maduro dünyanın ilk rəsmi kripto pul vahidi olan petronun dövriyyəyə çıxarmasından bu yana yüz milyonlarla dollar əldə etdiklərini açıqlayıb.

Xəbər lenti
0