Venesuelada vəziyyət daha da pisləşdi

© REUTERS / Christian VeronVenesuelada qarşıdurmalar
Venesuelada qarşıdurmalar - Sputnik Azərbaycan
Abunə olmaq
Venesuelada aprelin 4-dən bu günədək davam edən aksiyalarda 120 nəfərə yaxın insan polislə qarşıdurmada dünyasını dəyişib

BAKI, 31 iyul — Sputnik. Venesuelada partlament seçkilərinin nəticələrinə etiraz edən müxalif kütlə hökumət əleyhinə geniş etiraz aksiyaları başladıb. Sputnik Azərbaycan "BBC"-yə istinadən xəbər verir ki, etirazçılar seçkiyə hiylə qarışdığı iddia edirlər. Təkcə son iki gün ərzində polislə olan qarşıdurmalarda 10 nəfər dünyasını dəyişib.

İqtidar seçkidə iştirakın 41.53 % olduğunu bildirsə də, müxaliflər 20 milyon seçicidən sadəcə 2 milyon 480 min nəfərin səs verdiyini açıqlayıb.

Qeyd edək ki, Venesuelada aprelin 4-dən bu günədək davam edən aksiyalarda 120 nəfərə yaxın insan polislə qarşıdurmada dünyasını dəyişib.

Xəbər lenti
0