Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Çempionlar Liqasında 1/4 finalın daha 2 iştirakçısı məlum oldu

© Sputnik / Vladimir Pesnya / Mediabanka keçidФутбольный мяч на поле, фото из архива
Футбольный мяч на поле, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Yuventus" və "Mançester Siti" 1/4 finala vəsiqə qazanıb

BAKI, 8 mart — Sputnik. Bu gün futbol üzrə Çempionlar Liqasında 1/8 final mərhələsinin növbəti cavab matçları keçirilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, ikinci oyun günündəki hər iki görüş İngiltərədə baş tutub.

"Tottenhem" və İtaliyanın "Yuventus" komandalarının dueli gərgin mübarizə şəraitində keçib.

İngiltərənin "Uembli" stadionunda baş tutan görüş Turin komandasının 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qalib komandanın heyətində Qonsalo İquain və Paulo Dibala, "Tottenhem"də isə Son Hın Min fərqlənib.

Komandaların Turində keçirilən ilk qarşılaşması 2:2 hesabı ilə nəticələnib. Beləliklə, "Yuventus" ¼ final mərhələsinə adlayıb, bu mövsüm Çempionlar Liqasında ilk dəfə məğlub olan "Tottenhem" isə turnirdən kənarda qalıb.

Paralel keçən qarşılaşmada "Mançester Siti" "Etihad" stadionunda İsveçrənin "Bazel" kollektivini qəbul edib. Matç qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komandalar arasında ilk görüş 4:0 hesabı ilə "Mançester Siti"nin xeyrinə başa çatdığından, ümumi nəticəyə görə mərhələ adlayan tərəf ingilislər olub.

Xəbər lenti
0