Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Ankara Vaşinqtonun çəkdiyi "qırmızı xətti" keçərsə...

© REUTERS / Khalil AshawiAfrində Türkiyə hərbçiləri
Afrində Türkiyə hərbçiləri - Sputnik Azərbaycan
Abunə olmaq
Menbiç Birləşmiş Ştatlar üçün strateji nöqtədir

BAKI, 6 mart — Sputnik. Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Hami Aksoy, ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) mətbuat katibi Robert Menninqin "İŞİD-lə mübarizə apardıqları müddətdə PYD-ni dəstəkləməyə davam edəcəyik" açıqlamasına cavab verib. Aksoy açıqlamaya cavab olaraq "Pentaqon axmaqlamağa davam edib" deyə bildirib.

Реджеп Тайип Эрдоган, президент Турции - Sputnik Azərbaycan
Ərdoğan "od püskürdü"

O, ABŞ ilə formalaşdırılan işçi qrupunun 8-9 martda yığışacağını qeyd edərək, bu sözləri deyib: "ABŞ-dan gözləntilərimiz daha real addımlar atması, sözlərini yerinə yetirməsidir. İclasda PYD/YPG-yə verilən silahlar məsələsi müzakirə olunacaq. Silahların təhvil verilməsini gözləyirik".

H.Aksoy aprel ayında Türkiyə, Rusiya və İran prezidentlərinin bir araya gələrək Suriya məsələsini müzakirə edəcəyini də əlavə edib. Prezident Ərdoğan isə Menbiçə qədər gedəcəklərini bildirib, hətta ABŞ əsgərlərinin olduğu bölgəni vura biləcəklərini bəyan edib.

Bu arada məlum olub ki, Türkiyə ilə ABŞ arasında Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə mübarizə, İraq və Suriya mövzusu başda olmaqla, bir sıra mövzularla bağlı danışıqların ilkin mərhələsi 8-9 martda ABŞ-da gerçəkləşəcək. Türk səlahiyyətlilərdən sızan məlumata görə, ABŞ dövlət katibi Reks Tillersonun 15-16 fevralda Ankara ziyarəti zamanı ikitərəfli əlaqələrin normallaşdırılması məqsədiylə Suriya, FETÖ və İraq məsələləri üzrə 3 komitə yaradılmışdı.

Beləliklə, bölgədə yeni konfiqurasiyalar qurulmaqdadır. ABŞ-ın siyasətindən narazı qalan və bundan konkret zərər çəkən dövlətlərin bir alyansının konturları cızılmaqdadır. Türkiyənin coğrafi mövqeyi elədir ki, həmişə ona ehtiyac duyulub. Elə bu səbəbdən, ABŞ-ın rəqibləri Türkiyə, Çin və Hindistanla müəyyən strateji əlaqələr qura bilər.

Belə birliklər Birləşmiş Ştatların maraqlarına uyğun deyil. Ən nəhayət, Türkiyə NATO ölkəsi olaraq İncirlikdə yerləşən Amerika bazasının fəaliyyətinə münasibət bildirə və onun fəaliyyətini dayandıra bilər. Bu baxımdan, Vaşinqton Ankara ilə arasında mövcud olan gərginliyi aradan qaldırmaqda maraqlıdır.

Türkiyə tankları Suriya ilə sərhədə yaxın Kilis əyalətində, 21 yanvar 2018-ci il - Sputnik Azərbaycan
Türk ordusu bu dəfə İraq sərhədlərinə dayanacaq - ƏMR

Lakin burada incə bir məqam mövcuddur. Vaşinqton siyasi dairələrində uzun müddətdir ki, "Azad Kürdüstan"ın yaradılması ssenarisinin mövcudluğu barədə danışırlar. Türkiyə isə, məntiqə uyğun olaraq, bu cür təşəbbüslərə qarşı çıxır və ABŞ-dan da bu fikirdən geri dönməsini tələb etmək niyyətindədir. Ankara yalnız hərbi mövcudluğu ilə bu plana qarşı çıxa bilər. Türkiyə hazırda regionda və dünyada tarazlıq axtarışındadır.

Türkiyə arzuladığı bufer zonasını yarada bildi. Daha da irəliləmək məsələsi isə bir çox regional və dünya oyunçularında qıcıq yarada bilər. Hazırda həm Suriyada, həm də İraqda Türkiyə Silahlı Qüvvələri var. Və Türkiyə hər an yeni əməliyyatın həyata keçirilməsinə başlaya bilər, özü də ki, yeni əməliyyatın tamamilə fərqli məqsədləri ola bilər.

Siyasi araşdırmaçılar hesab edirlər ki, Afrini terrorçulardan təmizləmək vacibdir. Lakin Ankara Afrindən sonra Membiçi, daha sonra isə Hasekəni, Qəndili hədəf seçə bilər. Lakin Membiçə qoşun yeritmək ABŞ-la hərbi qarşıdurma anlamına gəlir. Elə Vaşinqtonun da ehtiyat etdiyi məsələlərdən biri Ankaranın Afrindən sonra Menbiçdə mümkün əməliyyat keçirməsi ehtimalıdır.

Məsələ ondadır ki, Menbiçdə ABŞ bazası və hərbçiləri var. ABŞ ordusunun komandanlığı Menbiçdəki PYD qüvvələrinə xəbərdarlıq edib ki, Afrindəki döyüşlərə qatılmasınlar. Əgər Afrində döyüşlərə qatılsalar, onlara verilən dəstək dayandırılacaq. Vaşinqton bununla həm Ankaranın Membiç əməliyyatının qarşısını almağa çalışır, həm də həmin qüvvələrin Afrinə yardımını pərdələyir.

Vaşinqon bəyan edir ki, Türkiyənin Menbiçdə həyata keçirmək istədiyi əməliyyat Suriyada silahlı toqquşmanı alovlandıra bilər. Menbiç Birləşmiş Ştatlar üçün də strateji nöqtədir. Bu baxımdan, Ankara Menbiçdə hərbi əməliyyatlara gerçəkdən başlamaq niyyətindədirsə, öncə ciddi şəkildə düşünməlidir…

Xəbər lenti
0