"Oskar" mükafatları sahiblərinə təqdim olundu

© AFP 2022 / GABRIEL BOUYSСтатуя Оскар, фото из архива
Статуя Оскар, фото из архива - Sputnik Azərbaycan
Xəbərlərə abunə olun
Yandex newsTelegram
Təqdimetmə mərasimi dəbdəbəli Dolbi teatrında gerçəkləşib

BAKI, 5 mart — Sputnik. Bu il 90-cı dəfə təşkil edilən “Oskar” mərasimində mükafatlar öz sahiblərinə təqdim edilib.

Sputnik xəbər verir ki, təqdimetmə mərasimi dəbdəbəli Dolbi teatrında gerçəkləşib. Mərasimdə bu sektorda önə çıxan ən yaxşı filmlər və aktyorlar mükafatlandırılıb.

Açılışı gecənin aparıcısı Cimmi Kimmel edib. O, çıxışında son zamanlar Hollivuda damğasını vuran təcavüz hadisələrinə geniş yer ayırıb.

Режиссер фильма Лунный свет Барри Дженкинс со статуэткой Оскар - Sputnik Azərbaycan
“Oskar”dan danışmaq Azərbaycan üçün hələ tezdir

Daha sonra mükafatlar təqdim olunmağa başlayıb. 

Mükafar alan filmləri və aktyor-aktrisaları təqdim edirik:

Ən yaxşı rejissor: “Su forması” – Qilyermo del Toro

Ən yaxşı film: “Su forması”

Ən yaxşı aktrisa: Fransis Mekdormand

Ən yaxşı ikinci dərəcəli aktrisa: Ellisen Cenni

Ən yaxşı kişi aktyor: Geri Oldmen

Ən yaxşı ikinci dərəcəli aktyor: Sem Rokvel

Ən yaxşı makiyaj: “Qaranlıq zamanlar”

Ən yaxşı kostyum dizaynı: Mark Bridces

Ən yaxşı sənədli film: “Icarus”

Ən yaxşı səsləndirmə: “Dunkirk”

Ən yaxşı prodakşn işi: “Suyun forması”

Xarici dildə ən yaxşı film: “Fantastik qadın”

Ən yaxşı qısa animasiya filmi: “Əziz, Basketbol”

Ən yaxşı animasiya filmi: “Koko” 

Ən yaxşı dijital effektlər: “Ülgüc üzərində qaçan 2049”

Ən yaxşı qurğu: “Dunkirk”

Ən yaxşı qısa sənədli film: “Cənnət – 405 nömrəli şossedə tıxac”

Ən yaxşı qısa film: “Sakit uşaq”

Ən yaxşı uyğunlaşdırılmış ssenari: Ceyms Ayvori – “Məni öz adınla çağır”

Ən yaxşı görüntü rejissoru: Rocer Dikinq – “Ülgüc üzərində qaçan 2049”

Ən yaxşı musiqi: Aleksandr Desplat – “Suyun forması”

Ən yaxşı mahnı: Koko – “Xatırla məni”

Xəbər lenti
0