CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Aclıq bilirsiniz nədir? Heç hiss etmisinizmi? Bax, mən onu yaşamışam"

© Sputnik / Irade JELILVəsilə İsayeva
Vəsilə İsayeva - Sputnik Azərbaycan
Abunə olmaq
Vəsilənin bu həyatda bəxti gətirməsə də, ümidini üzməyib

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 4 mart — Sputnik. Xoşbəxtlik nisbi anlayışdır. Hər kəsin hiss etdiyi xoşbəxtlik də fərqlidir. Kimi üçün var-dövlət, kimi üçün sevgi-ailə, kimi üçün doyunca yeməkdir xoşbəxtlik. Onun üçün isə xoşbəxtlik rahat yataq və sakit həyat sürməkdir. Bu, nə qədər çətin olsa belə…

Bu dəfəki qəhrəmanımız Vəsilə İsayevanın 37 yaşı var. Bacısı ilə birlikdə sığınacaqda yaşayır. Onunla elə məskunlaşdığı sığınacaqda həmsöhbət oluruq. Başına gələnləri imtahan olaraq görən bu qadın deyir ki, hər kəsin həyatda bir sınağı var. Bu yaşadıqları da onun sınağıdır.

Yanğın, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Tovuzda dəhşətli faciə: Ər-arvad yanaraq öldü

Sputnik Azərbaycan-a danışan Vəsilə əslən Qəbələ rayonundan olduğunu bildirir. Deyir ki, atası 3 il öncə dünyasını dəyişib. Ailədə 4 bacı, bir qardaş olsalar da, qardaşı 20 ildir ki, yataq xəstəsidir. 

Vəsilə ailə həyatı qurmayıb. Düşünür ki, bəlkə də onun üçün xeyirlisi elə budur. Bəlkə də, Allah onun üçün belə həyatı məsləhət buyurub.

"Qəbələdə dolana bilmirdik. Yemək tapmırdım yeməyə. Aclıq bilirsiniz nədir? Heç hiss etmisinizmi? Acsınız, yeməyə heç nəyiniz yoxdur? Əlinizdən də heç nə gəlmir. Bax, mən onu yaşamışam. Anam dedi ki, get Bakıya, bəlkə ac qalmadın. Biz də iki bacı Bakıya gəldik, sığınma evinə pənah gətirdik. İndi, heç olmasa, normal yemək yeyirik", — deyə o, Bakıya necə gəldiyini danışır.

Vüsalə deyir ki, ailədə 4 bacı olsalar da, heç biri ailə həyatı qurmayıb: "Əmimin gəlini istəyirdi ki, bizi Dubaya, Türkiyəyə aparsın. Dəfələrlə bizə gəlirdi, anamı dilə tutmağa çalışırdı ki, "ver, qızları aparım, Dubayda, Türkiyədə ərə verim". Anam sadə qadın olsa da, bizi vermədi. Həmin vaxtdan əmimgillə ədavətimiz düşdü. O vaxtlar mənim 21 yaşım var idi. Bacılarım da gənc idi. Mən evin sonbeşiyiyəm". 

Kənd sakinləri hər gün bu təhlükəli yollarla işə, məktəbə gedib-gəlmək məcburiyyətindədirlər. - Sputnik Azərbaycan
Onlar daha soyuqdan donmayacaqlar – sığınacaq yaradılıb

Həmsöhbətimiz iddia edir ki, yaşananlardan sonra Vəsiləgilin ailəsinin əmisinin ailəsi ilə düşmənçiliyi başlayır. Əmisi onların yaşadıqları evi əllərindən alır. Vəsiləgil uzun müddətdir kirayə yaşayırlar: "Dəqiq bilmirəm, anam daha yaxşısını bilir. Amma bildiyimə görə, işimiz məhkəmədədir. Anam evimizi geri tələb edir. Ancaq hələ ki, küçələrdəyik. İşimiz yox, sənətimiz yox. Heç birimiz oxumamışıq. İndi də bu yaşda qalmışıq kirayələrdə. Dərdimizi Allahdan başqa heç kimə deyə bilmirik".

Vəsilənin bu həyatda bəxti gətirməsə də, ümidini üzməyib. Düşünür ki, nə vaxtsa, həyat onun da üzünə güləcək. İndi isə min ümidlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 18 yaşından böyüklər üçün nəzərdə tutulmuş sığınacağında yaşayır.

Deyir daha gələcəyi düşünmür. Düşünməkdən qorxur. 37 illik bir ömrün necə keçdiyini də hiss etmir: "Sanki yuxuda idim, gözümü açdım, dedilər 37-dəsən".

Danışır, danışır. Baxışları bir nöqtəyə dikilir. Bir damla yaş süzülür gözündən… Susur… və sakitcə durub gedir.

Xəbər lenti
0