Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Buna görə həyəcan təbili çalırdıq

© Sputnik / Irade JELILİndi burda hərdən müxalifətin mitinqi keçirilir
İndi burda hərdən müxalifətin mitinqi keçirilir - Sputnik Azərbaycan
Abunə olmaq
Köhnə hərəkatçı nəsildən fərqlənən yeni, marginal "mühacir lider"lərin sosial şəbəkələrdə bu qədər populyar olması artıq paradiqma dəyişikliyinin göstəricidir

Elə buna görə həyəcan təbili çalırdıq. Bundan ehtiyyat edirdik. Siyasi münasibətlər sistemi fiaskoya uğrayanda öz yerini marginallığa verməli idi. Əslində, mətbuatın və vətəndaş cəmiyyətinin başlıca vəzifəsi maariflənmə işini aparmaq idi. Mətbuat daha çox siyasi intriqalara yer verdi. Klassik siyasi davranışı ya dini radikalizm, ya da eynilə İŞİD zehniyyatına malik olan bəzi "mühacir lider"lərin "söyüş siyasəti" tutmalı idi.

Bu, artıq tamamilə yeni nümunələrin meydana çıxmasından xəbər verirdi. Zahiri görkəmindən tutmuş, ekstravaqant davranış tərzinə qədər köhnə hərəkatçı nəsildən fərqlənən yeni, marginal "mühacir lider"lərin sosial şəbəkələrdə bu qədər populyar olması artıq paradiqma dəyişikliyinin göstəricidir.

Bu günə qədər iqtidara qarşı çıxış edən siyasi müxalifət daha çox xalq hərəkatının yetişdirməsi idi. Ura-patriotik, bir qədər romantik davranışları artıq yeni qüvvələr əvəzləməyə başlayıb. Artıq onlar özlərini yeni dövrün müxalifəti hesab edir. Bu simalar tam fərqli dəyərlərə söykənirlər. Çıxışları, ritorikaları, verdikləri mesajlar tam fərqlidir. 

Девочки стоят рядом с плакатом, изображающим короля Саудовской Аравии Салмана бен Абдулазиза Аль Сауда и наследного принца Мохаммеда бин Салмана в Джидде, Саудовская Аравия, 10 ноября 2017 года - Sputnik Azərbaycan
TƏHLİL
İslam dünyasının qibləgahı ətrafında baş qaldıran "fırtına" nə vəd edir?

Orta statistik hərəkatçı gəncliyində (artıq 30 il keçib və düşüncədə dəyişiklik olmayıb) "Qarabağ" deyib meydana axışıb. Hərəkatçıların önəmli bir qismi Qarabağ uğrunda savaşıb, şəhid verib. Heç bir halda ermənini müdafiə etmədik, ən pisimizi belə, ermənidən üstün tutduq. Yeni dövrün liderləri kimi özlərini təqdim edənlər isə erməniyə haqq qazandırır. Söyüş söyür və bunu siyasi mübarizə adlandırırlar.

Bütün bunlar bir nəsnənin göstəricisidir: Siyasi münasibətlər sistemi böhran keçirir. Böhranın diqtə etdiyi sosial davranış tərzi də cəmiyyətə mənfi təsir edir. Ölkədə milli konsensus olmadıqca böhran davam edəcək. Ona görə də həm hakimiyyətdən, həm də müxalifətdən bir addım atmaq və mərkəzə yaxın olmaq tələb olunur.

Təcrübə göstərir ki, siyasi hakimiyyət orta dəyərlərə, orta sinfə söykənəndə daha güclü olur. Bunu başqa ölkələrin tarixi də sübut edir, politologiya da, siyasi məntiq də. Hər iki tərəf meydanın mərkəzinə doğru bir addım atmalıdır.

İqtidar – müxalifət dialoqunu, heç olmasa, Qarabağ münaqişəsinin müzakirəsi ilə başlamaq mümkündür. Azərbaycan siyasətində marginallaşma prosesi indi diqqəti daha çox cəlb edir. Nə demokratik müxalifət, nə vətəndaş cəmiyyəti institutları, nə də mətbuat proseslərə önəmli təsir etmək imkanındadır. 

Seçkidə səslərin sayılması, arxiv şəkli - Sputnik Azərbaycan
TƏHLİL
"Sem dayı" daha xilaskar deyil: Məğlublar qaliblərin yanında olacaqlar

Lakin insanlar cansıxıcı, yekcins müstəvidən təngə gəlməyə başlayırlar. Bu isə alternativ axtarışı ilə sonuclanır. Alternativ kimi isə "qulağı sırğalı" söyüş söyənlər ordusu özünü təqdim edir. Lakin cəmiyyət "söyüş inqilabını" təqdir etmir.

Söhbət heç də iqtidar və yaxud ənənəvi müxalifətin pis, yaxud yaxşı olmasından getmir. Haradan gəldiyi, mənşəyi bəlli olmayan (əslində bəlli olan) erməniyə zuy tutan, talış, ləzgi və sair qardaşlarımızı ümumi evimizə — Azərbaycana qarşı qiyama səsləyən, etnik qarşıdurma yaradan, "erməni vandal deyil" təbliğatını aparanlar protest elektoratının avanqardı ola bilməzlər.

Bu gün bəzi separatçı mərkəzlər də fəallaşıb. Xaricdə oturub erməniləri müdafiə edən, talış qardaşlarımızı da oyuna çəkmək istəyənlərin arxasından əslində müxalifətə və iqtidara eyni dərəcədə nifrət edənlərin kölgələri görünür.

Ənənəvi müxalifət isə bir-biri ilə didişir. Nə birgə mitinq çağırışları, nə yeni birlik modelləri situasiyanı dəyişmək iqtidarındadır. 1995-ci ildən bu yana analoji qurumların hamısının aqibəti eyni sonluqla bitib. Nə qədər ki, müxalifətin modelləri və seçdiyi nümunələr dəyişməyib, eyni problemlər hər dəfə yaşanacaq. Ortaya çıxan önəmli məsələ isə odur ki, artıq eyni mitinqdə iştirak edən partiyalar da eyni blokda yer ala bilməyəcəklər. Bütün bunlar həmin partiyaların iflası ilə sonuclana bilər.

Türkiyə nümunəsinə istinad etsək, Doğru Yol və Ana Vətən partiyalarını misal göstərmək olar. Uzun müddət bu partiyalar öz aralarında ciddi mübarizə aparırdı. Son nəticədə onlar Türkiyənin siyasi səhnəsindən tamamilə silindi. 

Kiyevdə mitinq, 23 yanvar 2005-ci il - Sputnik Azərbaycan
TƏHLİL
"Rəngli inqilab" başa çatdı və onun simvolu dünyanın gözü önündə təhqir olundu

Azərbaycanda da bu cür savaşlar artıq vüsət almağa başlayıb. Əgər proses bu cür davam edərsə, onlar da siyasi müstəvidən silinə bilərlər. Hətta bunların yerini marjinal qüvvələr də tuta bilər. Mövcud siyasətlə nəyisə dəyişmək mümkün deyil. İllər boyu belə yanaşmalar olub və indi də davam edir.

Ancaq baş verənlərdən bütövlükdə müxalifət itirir. Çünki insanların inamı qırılır, etimadı azalır. Yaranan ziddiyyətdə məsuliyyət liderlərin üzərinə düşür. Partiya fəalları əksər hallarda öz liderlərinin tapşırıqları əsasında digər müxalifətçilərə qarşı ittihamlar səsləndirirlər. Onların bu tipli ittihamları kampaniya xarakteri daşıyır.

Əvvəllər də qarşılıqlı ittihamlar olub, amma budəfəki kimi vəziyyət pik həddə çatmayıb. Artıq protest elektoratı bezib. Söyüş söyən alfonslar isə heç bir halda ciddi nümunə dəyişiklikliyinə səbəb ola bilməzlər…

Xəbər lenti
0