Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Azərbaycanlı qadın Almaniyada saxlanıldı

© Sputnik / Anar MustafayevДевушка в наручниках, фото из архива
Девушка в наручниках, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanlı qadın Düsseldorf hava limanında saxlanılıb

BAKI, 3 mart — Sputnik. Almaniyadan Türkiyəyə gedən azərbaycanlı qadın Düsseldorf hava limanında saxlanılıb.

“Report”un məlumatına görə, yerli məhkəmə Gülnarə Babayeva barəsində həbs qərarı çıxarıb.

O, ümumilikdə, 7 hadisə üzrə 32 min avro məbləğində dələduzluq etməkdə şübhəli bilinir. 

Gənc qadın, arxiv şəkli - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanlı ana-qız öz həmyerlilərini Türkiyədə "satışa çıxarıb"

Qadının yaşadığı evdə Azərbaycan pasportları da daxil olmaqla, ümumilikdə, 54 sənəd tapılıb.

Xatırladaq ki, keçən il Bakı Ağır Cinayətlər Məhkəməsi Gülnarə Babayevanı "sutenyorluğa" görə azadlıqdan şərti məhrum etmişdi. Məhkəmə onun himayəsində azyaşlı uşaq olmasını nəzərə almışdı. Gülnarə Babayeva öz anası Sədaqət Babayeva ilə bu əməlləri Türkiyədə həyata keçirirmiş.

Xəbər lenti
0