Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Azərbaycanlı ana-qız öz həmyerlilərini Türkiyədə "satışa çıxarıb"

© Sputnik / Murad OrujovGənc qadın, arxiv şəkli
Gənc qadın, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Sutenyorlar azərbaycanlı qadınları Türkiyənin Sivas şəhərində şatırlarmış

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 31 avqust — Sputnik. Bakı Ağır Cinayətlər Məhkəməsi, insan alverində təqsirləndirilən paytaxt sakini Babayeva Sədaqət Mehar qızını 8 il müddətinə azadlıqdan məhrum edib. Bu barədə Sputnik Azərbaycan-a hüquq-mühafizə orqanlarından bildirilib.

Передача денег из рук в руки, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycanda daha bir cəza növü: əgər kirayə mənzilinizdə fahişə tapsalar...

Sədaqət Babayeva qadınların Azərbaycandan kənarda seksual istismarı ilə məşğul olan cinayətkar qruplaşmanın üzvü olub. Bundan əvvəl də eyni cinayət əməlinə görə məhkumluq həyatı yaşayan Babayeva, qadın və qızların Türkiyəyə aparılması və sonra orada seksual istismarı məqsədilə, bu dəfə öz qızı Babayeva Gülnarə Ramazan qızı və cinayətkar qruplaşmanın digər üzvləri ilə cinayətkar işbirliyinə girib.

Yeri gəlmişkən, Gülnarə Babayeva da anası kimi 2007-ci ildə insan alverinə görə şərti azadlıqdan məhrumetmə cəzası alıb. Görünür, dövlətin göstərdiyi humanizm Babayevaları qanuna riayət etməyə öyrətməyib və onlar yenidən köhnə peşələrinə qayıdıblar.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən aparılan operativ-axtarış tədbirləri nəticəsində beş nəfərdən ibarət cinayətkar qrup müəyyən edilib. Onların beşi də məhkəmə qarşısına çıxarılıb.

Məlumdur ki, Babayevalar 2015-2016-cı illərdə Respublikanın regionlarından olan qadın və qızları yüksək məvacib müqabilində yaxşı iş vədi ilə aldadaraq, onları Türkiyənin Sivas şəhərinə aparırlarmış. Orada seksual istismar iki ünvanda həyata keçirilirmiş: evlərdə və mehmanxanalarda.

İnsan alverçiləri Türkiyəyə gələn kimi qadınların pasportunu əllərindən alırlarmış və onları müştərilərə intim xidmət göstərməyə məcbur edirlərmiş. Bu zaman intim xidmət müqabilində verilən pulu özlərinə götürürlərmiş.

İstintaq, hələlik insan alverinin beş qurbanını müəyyən edib. Amma güman edilir ki, cinayətkar qruplaşmanın qurbanı olan qadınların sayı daha çoxdur.

Onu da qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsi Gülnarə Babayevanın himayəsində azyaşlı uşaq olduğunu nəzərə alaraq, onun barəsində bu dəfə də azadlıqdan şərti məhrumetmə hökmü çıxarıb. Ümid etmək istəyirik ki, Babayeva bu dəfə ona verilən şansı düzgün dəyərləndirəcək və çirkli əməllərindən əl çəkəcək.

Xəbər lenti
0