CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanın tanınmış bəstəkarı vəfat edib

© Photo : Milli.azBəstəkar Tahir Əkbər
Bəstəkar Tahir Əkbər - Sputnik Azərbaycan
Abunə olmaq
T.Əkbər uzun sürən xəstəlikdən sonra bu gün, saat 21:30 radələrində öz evində vəfat edib

BAKI, 2 mart — Sputnik. Bəstəkar Tahir Əkbər dünyasını dəyişib.

Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, bu barədə bəstəkarın həyat yoldaşı Aybəniz Əkbər məlumat verib.

O bildirib ki, T.Əkbər uzun sürən xəstəlikdən sonra bu gün, saat 21:30 radələrində öz evində vəfat edib.

A.Əkbər əlavə edib ki, bəstəkarla vida mərasiminin vaxtı və onun dəfn olunacağı yer sabah məlum olacaq.

Rusiyanın Xalq artisti, SSRİ dövlət mükafatı laureatı, bəstəkar Vladimir Şainski - Sputnik Azərbaycan
Bütün sovet uşaqlarının sevimlisi olan "bakılı" bəstəkar öldü

Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Tahir Əkbər 1946-cı ildə anadan olub. 1960-cı ildə Dzerjinski adına musiqi məktəbinin fortepiano şöbəsinə daxil olub, 1965-ci ildə isə oranı bitirib. 1970-ci ildə Muxtar Əşrəfi adına Dəşkənd Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsinə qəbul olub. 1985-ci ildən keçmiş SSRİ Bəstəkarlıq İttifaqının, sonra isə Azərbaycan Bəstəkarlar Birliyinin üzvü olub.

Tahir Əkbər müxtəlif janrlarda — xor musiqisi, simfonik və kamera əsərləri yaradıb. Bəstəkarın bəstələdiyi onlarca mahnı, o cümlədən "Dərdin alım", "Heç küsməyin yeridirmi?", "Azərbaycan", "Əzizim", "Heyfim gəldi", "Qalardım", "Bir qız bir oğlanındır", "Xəzəllərin rəqsi" və başqa mahnılar görkəmli ifaçılarımız Şövkət Ələkbərova, Mirzə Babayev, Zeynəb Xanlarova və digər müğənnilər tərəfindən uğurla ifa olunub. Onun mahnıları həmçinin Türkiyə müğənnilərinin də ifalarında səslənib. 2006-cı ildə filarmoniyada Tahir Əkbərin 60 illik yubileyi təntənəli surətdə keçirilib.

Xəbər lenti
0