İranda sensasion hadisə: Bu, inqilabdır

© REUTERS / STRНациональный флаг Ирана
Национальный флаг Ирана - Sputnik Azərbaycan
Abunə olmaq
İslam inqilabından bu yana kimsə bu fikri dilinə gətirməmişdi

BAKI, 1 mart — Sputnik. İran prezidenti Həsən Ruhaninin müavini Məsumə İbtikar qadınların məcburi şəkildə baş örtüsü taxması qanununa qarşı olduğunu deyib. Sputnik Azərbaycan "Daily Mail"-ə istinadən xəbər verir ki, onun bu sözləri ölkədə "düşüncə inqilabı" kimi dəyərləndirilib. Çünki 1979-cu il inqilabından bu yana heç bir rəsmi şəxs tərəfindən bu haqda açıq fikir bildirən olmamışdı.

İranda etirazlar, 30 dekabr 2017-ci il - Sputnik Azərbaycan
Cənub qonşumuzda xalq yenidən küçələrə axışdı, Xameneyi həyəcan siqnalı verdi

"Baş örtüsü elə bir mövzudur ki, onu zorla qəbul etdirmək düzgün deyil. Mən özüm baş örtüsü tərəfdarı olsam da, bu geyimin təzyiq və şiddətlə qorunmasına qarşıyam", — xanım İbtikar qeyd edib.

Qadınların başını bağlamasının İranda qanuni zərurət olduğunu xatırladan İbtikar deyib ki, əslində bu qanun 1979-cu il inqilabından sonra xalqdan gələn tələb üzərinə qəbul olunmuşdu: "İndi isə vəziyyət bir az fərqlidir. Düşünürəm ki, hökumət yeni nəslin nümayəndələri ilə bu haqda danışıqlar aparmalı və ortaq məxrəcə gəlinməlidir. Gənclərin tələbləri nəzərə alınmalıdır".

Məsumə İbtikar, həmçinin deyib ki, qadınların ərlərinin icazəsi olmadan ölkədən çıxa bilmələri üçün də dini qurumlar və alimlərlə müzakirələr aparılacaq.

Xatırladaq ki, iki aydan çoxdur İranda hökumət əleyhinə irili-xırdalı aksiyalar keçirilir. Onlardan bəziləri iqtisadi vəziyyətin ağırlığı, bəziləri isə insan haqlarının kobud şəkildə pozulması ilə bağlıdır.

Xəbər lenti
0