Cənub qonşumuzda xalq yenidən küçələrə axışdı, Xameneyi həyəcan siqnalı verdi

© © AP Photoİranda etirazlar, 30 dekabr 2017-ci il
İranda etirazlar, 30 dekabr 2017-ci il - Sputnik Azərbaycan
Abunə olmaq
Xameneyi İranın daxildən və xaricdən ciddi təzyiqlərə məruz qaldığını bildirərək bütün tərəfləri dialoqa səsləyib

BAKI, 28 fevral — Sputnik. İranda hökumət əleyhinə kütləvi etiraz aksiyaları səngimək bilmir. Bu dəfə fəhlələr, əmək haqlarının gecikdirilməsinə görə ayağa qalxıblar. Mərkəzi Azərbaycan və Loristan bölgələrində çalışan fəhlələr tətil elan ediblər.

Вид на телебашню Бордже Милад в Тегеране, Иран - Sputnik Azərbaycan
İranda Türkiyə əleyhinə aksiyaya icazə verilmədi

Sputnik Azərbaycan İran mətbuatına istinadən xəbər verir ki, onlar etirazlarını küçədə davam etdirirlər. Ən irimiqyaslı aksiya dünən Ahvaz əyalətində keçirilib. "Ahvaz Polad" şirkətinin, təxminən 5 minə yaxın işçisi yerli valiliyin qarşısına toplaşaraq əmək haqlarının 3 aydır gecikdirilməsinə etiraz ediblər.

Ahvaz valiliyindən bildirilib ki, sözügedən problemlə bağlı Daxili İşlər Nazirliyi araşdırma aparır. "Məsələnin həlli üçün nazirlik fəhlə təmsilçiləri ilə toplantı keçirməyə hazırlaşır", — məlumatda qeyd olunub.

Yaranmış vəziyyətlə bağlı İranın Ali dini lideri Ayətullah Əli Xameneyi də açıqlama yayıb. O, özünün internet səhifəsindən bəyanatla çıxış edərək ölkədə iqtisadi vəziyyətin pisləşməsi ilə bağlı fəhlə hərəkatlarının miqyasının genişlənə biləcəyi haqda xəbərdarlıq edib.

Xameneyi İranın daxildən və xaricdən ciddi təzyiqlərə məruz qaldığını bildirərək, bütün tərəfləri dialoqa səsləyib.

Xəbər lenti
0