CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gəncədə “Bonni və Klayd” tutuldu

© Photo : Yeni GəncəGəncə şəhər Baş Polis İdarəsi
Gəncə şəhər Baş Polis İdarəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Saxlanılan dəstə Gəncə şəhəri ilə yanaşı, Goranboy, Şəmkir, Tovuz və başqa rayonlarda da müxtəlif evlərə girərək soyğunçuluq ediblər

BAKI, 1 mart — Sputnik. Gəncə şəhərində müxtəlif yerlərdə evlərdən oğurluqla məşğul olan dəstə üzvləri zərərsizləşdirilib.

Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, fevralın 26-da Gəncə şəhərinin Cavadxan qəsəbəsində mənzildən soyğunçuluq edən şəxslər — Goranboy rayon sakinləri — Elxan Yaqubovun və Adil Nuriyevin ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində Şaiq Fəxrəddin oğlu Hacıyev və onunla birgə qeyri-rəsmi yaşayan Aytən Dəmir qızı Allahverdiyevanın da əli olduğu məlum olub.

Belə ki, taksi sürücüsü olan Ş.Hacıyev və onunla qeyri-rəsmi yaşayan A.Alahverdiyeva əvvəlcədən soyacaqları evi müəyyən edərək sonradan qrup şəklində çalışdıqları E.Yaqubova və A.Nuriyevə bildiriblər. Əməliyyat zamanı məlum olub ki, saxlanılan dəstə Gəncə şəhəri ilə yanaşı, Goranboy, Şəmkir, Tovuz və başqa rayonlarda da müxtəlif evlərə girərək soyğunçuluq ediblər.

Машины патрульной службы в Баку - Sputnik Azərbaycan
CƏMİYYƏT
Oyuncaq silahlı qulduru yaxalamaq çətin olmadı

Onlar sonuncu dəfə isə Gəncə şəhərinin Cavadxan qəsəbəsində yerləşən evlərin birinə giriblər. Lakin həmin evdə kirayədə yaşayan şəxsin Daxili İşlər Nazirliyinin “102" xidmətinə zəng edərək maskalı və silahlı şəxslərin onun yaşadığı evə basqın etdiyi barədə verdiyi məlumata əsasən saxlanılıblar.

DİN Mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılan dəstə üzvlərindən 1 ədəd “Makarov” tipli tapançaya bənzər alışqan, 1 ədəd vint açan, 2 ədəd cib bıçağı, 2 cüt əlcək və 1 ədəd tiyəli xəncər formalı bıçaq və Cavadxan qəsəbəsindəki evdə törətdikləri soyğunçuluq yolu ilə götürülmüş qiyməti 90 manat dəyərində olan mobil telefon və 20 manat dəyərində kişi üzüyü də maddi sübut kimi götürülüb.

Qeyd edək ki, dəstə üzvləri əvvəlcədən planlaşdırdıqları bütün evlərə Ş.Hacıyevin idarə etdiyi avtomobillə gediblər və həmin şəxs digərləri mənzildə soyğunçuluq edən zaman çöldə dayanaraq sürücülüklə yanaşı, bir növ “gözətçilik” də edib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Xəbər lenti
0