Paytaxtda qeyri-adi aksiya - 50 məmur küçədə yatacaq

© AP Photo / Thibault CamusParisdə küçədə yatan evsiz, fevral 2018-ci il
Parisdə küçədə yatan evsiz, fevral 2018-ci il - Sputnik Azərbaycan
Abunə olmaq
Fransa paytaxtında 50-dək məmur havanın soyuq olmasına baxmayaraq, bütün gecəni küçədə yatacaq. Onlar bununla küçədə donan evsizlərə diqqəti cəlb etmək niyyətindədirlər

BAKI, 28 fevral — Sputnik. Fransa paytaxtında 50-dək məmur havanın soyuq olmasına baxmayaraq, bütün gecəni küçədə yatacaq. Onlar bununla küçədə donan evsizlərə diqqəti cəlb etmək niyyətindədirlər.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu təşəbbüslə Etamp kommunasının mer müavini Eson Mama Si departamentdə çıxış edib. O, bu barədə çağırışını özünün Facebook hesabında da yayıb. 

"Ötən il demək olar 500 nəfər qalmağa yerləri olmadığından

Mustafa Tuna - Sputnik Azərbaycan
Paytaxtın yeni meri məlum oldu
 küçələrdə ölüb. 2018-ci ilin 1,5 ayı ərzində təkcə Parisdə 13 nəfər ölüb. Fevralın 28-də 50-dək xalq nümayəndəsi Austerlits vağzalı yanında küçədə yatacaqlar", – deyə Si öz postunda bildirib.

Fevralın ortalarında Fransa paytaxtında "Həmrəylik gecəsi" keçirilib. Gecədə şəhərdəki evsiz insanlar sayılıb. Aksiya təşkilatçılarının bildirdiyinə görə, Paris küçələrində 5 minə qədər evsiz insan yaşayır. Onların bir hissəsi qışı sığınacaqlarda keçirirlər. Buna baxmayaraq, 3 minə qədər insanın hətta müvəqqəti də olsa başını soxacaq yeri yoxdur.

Bu aksiyanın keçirilməsi müxtəlif müzakirələrə də yol açıb. Ərazi Birliyi Nazirliyi yanında dövlət katibi Jülyen Denormandinin bütün İl-de-Frans regionu ərazisində 50-dən artıq evsiz insanın olmadığı barədə fikirləri müzakirələri daha da alovlandırıb. Axırda katib etiraf edib ki, sığınacaq yerləri kifayət qədər deyil.

Bu gün Fransada qışın ən soyuq günü qeydə alınıb. Yerli KİV-in "Moskva-Paris" fenomeni kimi dəyərləndirdiyi yüksək atmosfer təzyiqi nəticəsində ölkə ərazisində ötən həftə sərt hava müşahidə olunub. Bir çox regionlardakı küçə termometrləri sıfır dərəcənin altına düşüb. Fransada bu günlər ərzində bir neçə evsiz insan küçədə donaraq ölüb.

Xəbər lenti
0