BAKI, 6 noyabr — Sputnik. Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) nümayəndəsi Mustafa Tuna Ankara Böyükşəhər Bələdiyyəsinə sədr seçilib.
Sputnik Azərbaycan Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu AKP baş katibinin müavini Erol Kaya açıqlayıb.
Müxalifətdə olan Cümhuriyət Xalq və Milliyyətçi Hərəkat partiyaları namizəd irəli sürməyib.