CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əti və toyuğu bişirmədən əvvəl yumaq olar?

Abunə olmaq
Alimlər toyuğu mikrodalğalı sobada bişirməyi tövsiyə etmirlər

BAKI, 28 fevral — Sputnik. Mütəxəssislərin fikrinə görə, ətin üzərində görünən çirk yoxdursa, əti yumaq, nəinki lazım deyil, hətta ziyanlıdır.

Su mikrobların azalmasına səbəb olmur və əksinə mikroblar su damcıları ilə ətrafa yayılır.

Bişirilmə zamanı ətdə olan bütün mikroblar onsuz da məhv olur. Təbii ki, söhbət yaxşı bişmiş və ya qızardılmış ətdən gedir.

Aşpazlar da bişirdikdən əvvəl əti yumağı tövsiyə etmirlər ki, bu hazır qidanın dadını pisləşdirir.

Растительное масло,фото из архива - Sputnik Azərbaycan
SƏHİYYƏ
Qida yağlarının ən faydalısı müəyyənləşdirilib

Toyuğa gəldikdə isə toyuğu bişirdikdən əvvəl yumaq daha da ziyanlı sayılır. Məsələ burasındadır ki, çiy toyuqda çox təhlükəli Campylobacter jejuni bakteriyalar olur. Toyuğu yuyanda bu bakteriyalar ətrafa yayılır.

Yaxşı yuyulmamış əllərdən, mətbəx ləvazimatlardan bakteriyalar insan orqanizminə düşə bilər ki, bu nadir immun xəstəliyi olan Giyen-Barre sindromunun inkişafına gətirib çıxarda bilər. Bu sindrom zamanı periferik sinirlər zədələnir və insanda kəskin sinir-əzələ iflici inkişaf edir. Sindrom istənilən yaşda olan insanlarda inkişaf edə bilər. Ağır hallarda sindrom insanın tam iflicinə səbəb olur.

Bu səbəbdən ekspertlər toyuğu yumamağı, sadəcə dərisini soymağı və görünən piyi kəsib atmağı tövsiyə edir. Toyuğu təmizlədikdən sonra əllərinizi axar suyun altında sabunla yaxşı yuyun.

Sputnik Azərbaycan saglamolun.az-a istinadən bildirir ki, ekspertlər toyuğu yüksək temperaturda yaxşı bişirməyi və ya qızartmağı, heç zaman yarıçiy halda yeməməyi tövsiyə edirlər.

Alimlər toyuğu mikrodalğalı sobada bişirməyi tövsiyə etmirlər, bu halda bakteriyaların sağ qalma ehtimalı çox olur.

Xəbər lenti
0