Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Qida yağlarının ən faydalısı müəyyənləşdirilib

© pixabay / HomeMakerРастительное масло,фото из архива
Растительное масло,фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspertlər yağların könüllülərdə xolesterol səviyyəsinə necə təsir etdiyini yoxlamaq istəyiblər

BAKI, 18 yanvar — Sputnik. Kembric Universitetinin tədqiqatlarına görə, dörd həftə ərzində hər gün kokos yağını qəbul etmək ürək-damar xəstəlikləri və insult riskini azaldır. “The Deccan Chronicle” nəşri qeyd edir ki, 50-75 yaş arası 94 könüllünün iştirakı ilə tədqiqat aparılıb. Tədqiqatın əvvəlində onların heç birində kardioloji xəstəlik və diabet qeydə alınmayıb.

AZƏRTAC xəbər verir ki, könüllüləri üç qrupa ayırıblar. Onlar dörd həftə ərzində gündəlik olaraq 50 qram (təxminən üç xörək qaşığı) kokos yağı, zeytun yağı və duzsuz kərə yağı qəbul ediblər. Ekspertlər həmin yağların könüllülərdə xolesterol səviyyəsinə necə təsir etdiyini yoxlamaq istəyiblər.

Məlum olub ki, kərə yağından istifadə edənlərdə aşağı sıxlıqlı lipoprotein (zərərli xolesterol) göstəriciləri orta hesabla 10 faiz artıb. Zeytun yağı qəbul edənlərin qrupunda aşağı sıxlıqlı lipoproteinlərin göstəricilərinin azalması müşahidə olunub və yüksək sıxlıqlı lipoproteinlərin (faydalı xolesterol) səviyyəsi 5 faiz yüksəlib. Kokos yağından istifadə edənlərin qrupunda isə yüksək sıxlıqlı lipoproteinlərin səviyyəsinin ən çox artımı (orta hesabla 15 faiz) qeydə alınıb. Kərə yağı bu göstəricilər üzrə müsbət təsir göstərməyib.

Xəbər lenti
0