CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı şəhər sakinlərinə və qonaqlara xoş xəbər

© Sputnik / Fuad HasanovBakının mərkəzində ərəb tursitlər
Bakının mərkəzində ərəb tursitlər - Sputnik Azərbaycan
Abunə olmaq
Paytaxtın rəsmi şəhər kartını yaratmaq məqsədilə memorandum imzalanıb

BAKI, 28 fevral — Sputnik. Bu gün Milli Turizm Təbliğat Bürosu (MTTB), Bakı Nəqliyyat Agentliyi (BNA) və "PASHA Travel" şirkəti arasında Bakı şəhərinin rəsmi şəhər kartını yaratmaq məqsədilə memorandum imzalanıb. Sputnik Azərbaycan xəbər verir ki, memerondumu BNA-nın baş direktorunun müşaviri Mübariz Abbasov, MTTB-nin direktoru Fuad Nağıyev və "PASHA Travel" şirkətinin əməliyyatlar üzrə baş direktoru Florian Sengstschmid imzalayıb.

Автобусы в Баку, фото из архива - Sputnik Azərbaycan
Paytaxta 300 yeni avtobus gətirilir

Tədbirdə çıxış edən Milli Turizm Təbliğat Bürosunun direktoru Fuad Nağıyevin sözlərinə görə, bu layihənin əsas tərəfi ondan ibarətdir ki, turizm sənayesinin bütün üzvləri bu prosesdə yaxından iştirak etməlidir: "Turizmin inkişafında yalnız dövlət deyil, biznes qurumları da işləməlidir. Turizm sahəsinin inkişafı ilə bağlı görüləcək çox sayda işlər var. Bunlar arasında ən mühümü turistlərlə bağlı statistik məlumatların əldə olunmasıdır. Biz bu kart vasitəsilə turistlərin hansı obyektləri ziyarət etdiyini öyrənəcəyik və çatışmazlıqları aradan qaldıracağıq. Bu kart bizə yardımçı olacaq".

"PASHA Travel" şirkətinin əməliyyatlar üzrə baş direktoru Florian Sengstschmid əlavə edib ki, yaxın günlərdə kartlar satışa çıxarılacaq: "Bu kartın bir çox üstünlükləri var. Kartı ona görə yaradırıq ki, turistlər nəqliyyatdan rahat şəkildə istifadə edə bilsinlər. Eyni zamanda, muzeylərə giriş əldə edə bilsinlər, mağazalarda endirim qazanmaq şansları olsun. Biz bu layihə ilə həm də yerli əhali üçün dəyər yaratmağa çalışmışıq ki, onlar da endirimlərdən yararlana bilsinlər. Onu da bildirim ki, kartın maliyyələşməsini "PASHA Travel" həyata keçirir".

Tədbirin sonunda jurnalistlərin suallarını cavablandıran Milli Turizm Təbliğat Bürosunun mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə deyib ki, Bakı şəhər kartının vaxt limiti olacaq, amma həmin müddətdə xidmətlərdən limitsiz istifadə edə biləcək.

Xəbər lenti
0