Beynəlxalq qalmaqal: BMT könüllüləri suriyalı qadınlara seks təklif edir

© AFP 2024 / Ibrahim YASOUF Suriyalı qaçqın qadınlar
Suriyalı qaçqın qadınlar - Sputnik Azərbaycan
Abunə olmaq
Hesabat göstərir ki, bu cür hadisələr, xüsusilə Suriyanın cənub bölgələrində, amerikalı əsgərlərin nəzarətində olan ərazilərdə baş verir

BAKI, 27 fevral — Sputnik. Birləşmiş Millətlər Təşkilatının Suriya ilə bağlı yayımladığı son hesabat bu ölkədə insani dramın nə səviyyədə olduğundan xəbər verir. Sputnik Azərbaycan xəbər verir ki, BMT-nin "Suriyanın səsləri 2018" adlı hesabatını İngiltərənin BBC telekanalı ekrana daşıyıb.

Raportda qeyd olunur ki, BMT və digər xeyriyyə təşkilatlarının adından Suriyada insanlara humanitar yardım paylayanlar heç də hər zaman insani keyfiyyətlərə sahib deyillər. Yardımları suriyalılara çatdıran dırnaqarası könüllülərün çoxu köməyə möhtac qadınlara əlavə qida qarşılığında cinsi əlaqə təklif edirlər.

Avropa İttifaqı - Sputnik Azərbaycan
Avropa İttifaqı ölkələri arasında qaçqın qalmaqalı

Hesabat göstərir ki, bu cür hadisələr, xüsusilə Suriyanın cənub bölgələrində, amerikalı əsgərlərin nəzarətində olan ərazilərdə baş verir.

"Artıq iş o yerə çatıb ki, qadınlar humanitar yardımların paylandığı yerlərə getmirlər. Hətta ac qalsalar belə, şərəf və namuslarını itirməmək üçün çadır evlərdən bayıra çox çıxmırlar. Nə qədər acınacaqlı olsa da, ərlərini itirən həmin qadınlar, yardımları götürməyə körpə övladlarını göndərirlər", — hesabatda bildirilir.

Raportda, həmçinin qeyd olunur ki, beynəlxalq təşkilatlar bu duruma göz yumur:

"Beynəlxalq təşkilatlar Suriyadakı qeyri-insani rəftardan xəbərdardır. Humanitar yardımları birbaşa çatdırmaqdan boyun qaçıraraq yerli koordinatorlarla işləməyə üstünlük verirlər. Bu zaman ciddi ədalətsizliklər özünü göstərir. Koordinatorlar bir çox hallarda yardımları qəsdən vermirlər. Qadınlar və qızlara cinsi əlaqə və ya qısa müddətli evlilik təklif edilir. Razı olana yardım verilir, olmayan isə ciddi sıxıntılar içində yaşamağa davam edir".

Xəbər lenti
0