BAKI, 25 fevral — Sputnik. Cənubi Koreyanın Pxençxan şəhərində XXIII Qış Olimpiya Oyunlarının bağlanış mərasimi keçirilib.
Sputnik Azərbaycan xəbər verir ki, Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax XXIII Qış Olimpiya Oyunlarını bağlı elan edib.
Pxençxanda 9-25 fevral tarixlərində keçirilən XXIII Qış Olimpiya Oyunlarında rekord sayda — 92 ölkədən 2925 idmançı iştirak edib.
Növbəti Qış Olimpiya Oyunları 2022-ci ildə Pekində keçiriləcək.