Politoloq: “Rusiya "avropalı" olduğunu Aİ ictimaiyyətinə sübut etməyə çalışmır”

CC0 / studioyayo / WarsawИсторический район Варшавы, Польша
Исторический район Варшавы, Польша - Sputnik Azərbaycan
Abunə olmaq
Politoloq sadə avropalıların rəyinin əsas məsələlərə, eləcə də Rusiya və Avropaya dəxli olmamasının səbəblərini izah edib

BAKI, 21 fevral — Sputnik. “Moskva özünün "avropalılığını" sübut etmir, lakin eyni zamanda Avropa İttifaqı ölkələrində müxtəlif sosial və siyasi qrupların açarlarını tapmağa çalışır”. Bunu Sputnik Azərbaycan-a Siyasi və İqtisadi Kommunikasiyalar Agentliyinin aparıcı analitiki Mixail Neyjmakov "Sputnik.Rəy"in keçirdiyi sorğunun nəticələrinə görə, fransızların (65%) və britaniyalıların (52%) yarıdan çoxunun, almanların isə təqribən yarısının (46%) Rusiyanı Avropanın bir hissəsi hesab etməməsini şərh edərkən deyib.

Горожане на одной из центральных улиц Москвы - Sputnik Azərbaycan
RUSİYA
Rusiya əhalisinin sayında dəyişiklik var

Ekspert hesab edir ki, Avropa Birliyinin sakinləri müəyyən ölkələri özlərinin "avropalı" ictimaiyyətindən kənarda görsələr də, onlar, misal üçün, o ölkələrdə baş verən fövqəladə hallar nəticəsində zərər çəkmiş insanlara görə daha çox narahatçılıq keçirirlər.

Bununla yanaşı, sözügedən Avropa ölkələrinin vətəndaşları, eləcə də siyasi institutları Avropadan kənarda gördükləri ölkələrdə insan hüquqlarına hörmətlə yanaşılmasını, yaxud, ən azından, onun fəal şəkildə Aİ standartlarına doğru hərəkət etməsini gözləyirlər.

Neyjmakovun sözlərinə görə, praktikada hansı ölkənin hər hansı digər ölkənin vətəndaşları tərəfindən Avropa (coğrafi mənada deyil) sayılıb-sayılmaması barədə sualın özü həddindən artıq abstraktdır. Çünki belə suala cavab verərkən avropalı respondent uzağagedən nəticələr çıxara bilər.

"Onu da nəzərə almaq vacibdir ki, haqqında rəy soruşulan dövlət Aİ ölkələrinin informasiya gündəminin mərkəzində olubmu? Üstəlik, avropalıların nəzərində adı çəkilən ölkənin təhlükəsizlik baxımından imici nə qədər müsbətdir?", — deyə ekspert əlavə edib.

Глава МИД Азербайджана Эльмар Мамедъяров - Sputnik Azərbaycan
SİYASƏT
Azərbaycan - Avropa İttifaqı münasibətlərinin taleyinə aydınlıq gətirildi

Politoloq xatırladıb ki, vaxtilə İkinci Dünya Müharibəsindən sonrakı ilk illərdə Qərbi Avropa ölkələrinin sakinlərinin əhəmiyyətli hissəsində SSRİ-nin müsbət obrazı vardı. Bu obrazı dağıtmaq üçün möhkəm güc tələb olunurdu.

Ekspertin sözlərinə görə, həmin dövrlərdə intellektual həmvətənləri arasındakı sovetyönümlü əhval-ruhiyyəni tamamilə fərqli baxışları olan fransalı publisist və analitik Raymon Aron da xüsusilə qeyd edib.

Bu yaxınlarda keçirilən sorğuya qayıdan ekspert deyib ki, əgər Aİ ölkələrində respondentlərin əhəmiyyətli hissəsi Rusiyanı Avropanın bir hissəsi hesab etsə belə, bu, hələ heç nə demək deyil. Çünki orada Moskva istiqamətində atılan addımları da fəal şəkildə dəstəkləyirlər.

Neyjmakov 2017-ci ilin payızında alman Kerber Fondunun keçirdiyi oxşar sorğunu misal gətirərək deyib ki, o vaxt Polşada rəyi soruşulanların 57%-i, almaniyalıların isə 56%-i (təqribən eyni sayda) Rusiyanın Avropaya aid olduğunu qeyd etmişdi. Anti-Rusiya sanksiyalarının yumşaldılması və aradan qaldırılmasına almanların 45, polşalıların isə 36%-i tərəfdar olmuşdu.

Rusiya və Azərbaycan bayraqları - Sputnik Azərbaycan
Mətbuat mərkəzi
Azərbaycan - Rusiya münasibətlərinin yeni mərhələsində nə gözlənilir?

Onun sözlərinə görə, Kremldə bu nüansı yaxşı başa düşürlər. Ona görə də, Aİ-də Rusiyanın "avropalı" olması barədə ictimai rəyi xüsusilə sübut etməyə ehtiyac yoxdur. Moskva Aİ ölkələrində, eyni zamanda müxtəlif sosial və siyasi qrupların açarını tapmağa çalışır.

Sputnik-in həmsöhbəti Moskvanın 2017-ci ildə yaxşı taktika nümayiş etdirdiyini bildirib. Onda bir çoxları Rusiya ilə Aİ-nin sağ təmayüllü siyasətçilərinin yaxınlaşmasını müzakirə edirdilər. Eyni zamanda buna paralel olaraq solçu qüvvələrə də müraciət edilirdi. Politoloqun sözlərinə görə, buna misal olaraq, Gənc və Tələbələrin Ümumdünya Festivalına hazırlıqları və Vladimir Putinin 2017-ci ilin oktyabrında "Valday" forumunda etdiyi çıxışındakı bir sıra tezisləri götürmək olar.

Xəbər lenti
0