Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya əhalisinin sayında dəyişiklik var

© Sputnik / Murad OrujovГорожане на одной из центральных улиц Москвы
Горожане на одной из центральных улиц Москвы - Sputnik Azərbaycan
Abunə olmaq
Miqrasiya Rusiya əhalisinin təbii azalmasını 57,6% üstələyib

BAKI, 20 fevral — Sputnik. Ötən il Rusiya əhalisinin sayı 77 400 nəfər və ya 0,05% artaraq 146,9 mln. nəfər təşkil edib. 

"Report" Rusiya Statistika Komitəsinin ("Rosstat") illik hesabatına istinadən xəbər verir ki, 2016-cı ildə ölkə əhalisi 259 700, 2015-ci ildə isə 277 400 nəfər artıb.

Hesabatda bildirilir ki, Rusiya əhalisinin təbii azalması 2017-ci ildə 134 400 nəfər təşkil edib. Bu göstərici 2016-cı ildə 5 400, 2015-ci ildə isə 32 700 nəfər artım göstərib.

Miqrasiya Rusiya əhalisinin təbii azalmasını 57,6% üstələyib. 2017-ci ildə Rusiyaya 212 000, 2016-cı ildə 262 000, 2015-ci ildə isə 246 000 insan köçüb.

Xəbər lenti
0