Türkiyəyə qarşı yeni ittifaq: Şiə döyüşçülərlə ateist PYD-ni birləşdirən nədir?

© REUTERS / Khalil AshawiAfrin
Afrin - Sputnik Azərbaycan
Abunə olmaq
PYD PKK terror təşkilatının Suriyadakı qolu olaraq bilinir və marksist-leninist-ateist ideologiyaya sahibdir

BAKI, 21 fevral — Sputnik. Dünən axşam saatlarında Suriya rejiminə yaxın silahlı döyüşçülərin Afrin bölgəsinə girməsi ilə bağlı xəbər vermişdik. Sputnik Azərbaycan "Timeturk"ə istinadən xəbər verir ki, türk ordusunun havadan zərbələri ilə döyüşçülərin bir qismi geri çəkilsə də, yarısı şəhərə girməyi bacarıb.

Məsələ ilə bağlı açıqlama verən PYD terror təşkilatının sözçüsü Nuri Mahmud deyib ki, Əsədə bağlı şiə qüvvələr Afrinə onlara kömək etmək üçün gəlib.

Türk əsgərləri Afrinin şimal-şərqindəki Barsaya dağında, 22 yanvar 2018-ci il - Sputnik Azərbaycan
Türkiyənin cavabı gecikmədi: Terrorçulara dəstək verənlər geri çəkildilər

"Rejim silahlıları Türkiyəyə qarşı vuruşmaq üçün bizə yardıma gəliblər. Zəfər bizimlə olacaq", – terrorçu bildirib.

Maraqlıdır ki, PYD PKK terror təşkilatının Suriyadakı qolu olaraq bilinir və marksist-leninist-ateist ideologiyaya sahibdir. Şiə silahlı dəstələrinin bunu bildiyi halda onlarla birləşərək Türkiyəyə qarşı döyüşmək qərarı verməsi diqqət çəkib.

Bəşər Əsəd-PYD ittifaqı ilə bağlı məqalə yayımlayan Amerikanın "Financial Times" qəzeti iddia edib ki, bu ittifaqda rəsmi Tehranın xüsusi rolu var. "Çünki dünən Afrin şəhərinə daxil olanlar şiə silahlı dəstələri idi. Onların İranla əlaqəsinin olmamasını söyləmək sadəlövhlük olar", — məqalədə dərc edilib.

Xatırladaq ki, dünən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, "əgər Suriya rejimi PYD-yə dəstək qərarı versə, o zaman bunun ağır nəticələri olacaq" açıqlamasını vermişdi.

Xəbər lenti
0