BAKI, 20 fevral — Sputnik. Türkiyə Silahlı Qüvvələri Suriya prezidenti Bəşər Əsədə bağlı silahlı qruplaşmaların üzvlərinə Afrin şəhərinə daxil olmağa icazə verməyib.
Türkiyə ordusunun xəbərdarlıq məqsədli top atəşlərindən sonra 20 avtomaşınla hərəkət edən silahlılar Afrin şəhərinin mərkəzinə 10 km qalmış geri çəkiliblər.
Bundan əvvəl bəzi KİV-lər Suriya ordusu və YPG terrorçu arasında əldə olunmuş sövdələşməyə əsasən, hökumət qüvvələrinin yaxın günlərdə Afrində və Türkiyə ilə sərhəd ərazilərdə bir neçə mövqeni nəzarətə götürmək niyyətində olduğunu bildirmişdi.
Hadisə barədə məlumat verən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu məsələnin, yəni, Afrinin Əsəd-YPG qüvvələri tərəfindən ələ keçirilməsinin artıq arxivə getdiyini deyib. "Bu məsələ burda bitdi", — o bildirib.