“Dəmir pərdə”nin qurbanları: Azərbaycanlı qadın bacılarını 63 ildən sonra tapdı

CC0 / Sisters / MoilanenСестры, фото из архива
Сестры, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
O, İosif Stalinin İran vətəndaşlarının deportasiyası və ya sürgün edilməsi ilə bağlı qərar verdiyi uğursuz dönəmdə Sovet İttifaqında olub

BAKI, 21 fevral — Sputnik. Azərbaycanlı qadın 63 illik ayrılıqdan sonra ögey bacılarına qovuşub. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Moska Dövlət Universitetinin məzunu, 63 yaşlı Lyudmila ilk dəfə öz ögey bacıları Zivər və Səfiyyə ilə İranda qarşılaşıb.

Bu qadının həyat tarixçəsi atası Novruz Barpuşun 1940-cı illərdə SSRİ-yə məzuniyyətə gəlməsindən başlayır. O, İosif  Stalinin İran vətəndaşlarının deportasiyası və ya sürgün edilməsi ilə bağlı qərar verdiyi uğursuz dönəmdə Sovet İttifaqında olub. Barpuşu həbs edərək Sibirə sürgün ediblər. Bundan sonra o, İranda qalan həyat yoldaşı və 3 qızı ilə əlaqəsini itirib.

Seyid Cəfər Pişəvəri - Cənubi Azərbaycanda qurulmuş Milli Hökumətin rəhbəri - Sputnik Azərbaycan
Cənubi Azərbaycan milli hökumətinin tarixi qərarı

Bir neçə ildən sonra Novruzu azad ediblər. Ancaq o, SSRİ-dən çıxmaq qadağası səbəbindən İrana qayıda bilməyib. Nəticədə, Novruz Gəncəyə köçüb və burada azərbaycanlı qadınla evlənib. Bu qadından onun iki oğlu və bir qızı dünyaya gəlib. Onların hamısı SSRİ dağılana qədər vəfat edib və yalnız Lyudmila sağ qalıb.

Azərbaycanın SSRİ-nin tərkibindən çıxaraq müstəqillik əldə etməsindən sonra Novruzun İrandakı qızları atalarını axtarmağa başlayıblar. Uzun illərin axtarışıdan sonra Novruzun nəvələrindən biri bu il babasının Gəncədəki məzarını tapa bilib. Bu, Lyudmilanı tapmağa və 50 ildən sonra aləsi ilə qovuşmağa kömək edib.

© Photo : ifpnewsAzərbaycanlı qadın 63 illik ayrılıqdan sonra ögey bacılarına qovuşub
Azərbaycanlı qadın 63 illik ayrılıqdan sonra ögey bacılarına qovuşub - Sputnik Azərbaycan
Azərbaycanlı qadın 63 illik ayrılıqdan sonra ögey bacılarına qovuşub

"Heç cür inana bilmirəm ki, bu yaşda mənə bacılarımı tapmaq nəsib olub. Mən uşaq olanda atamdan tez-tez eşidirdim ki, İrandakı uşaqları üçün çox darıxır. Hər zaman istəyirdim ki, onlarla tanış olum", – deyə Lyudmila bildirir.

Zivər və Səfiyyə isə danışıblar ki, onlar gənc vaxtlarında atalarını tapmaq üçün çox illər sərf ediblər. Amma informasiya azlığına görə, heç bir izə rast gələ bilməyiblər.

Xəbər lenti
0