BAKI, 6 yan — Sputnik. 1946-cı il yanvarın 6-da Cənubi Azərbaycan milli hökumətinin qərarı ilə Azərbaycan (türk) dili dövlət dili elan olunub.
Azərbaycan Milli Hökuməti və ya 21 Azər Hərəkatı — 1945-ci ilin noyabr ayından 1946-cı ilin noyabr ayına qədər Cənubi Azərbaycanda fəaliyyət göstərmiş muxtar sosialist hökümətdir. AMH-nin paytaxtı Təbriz şəhəri olub. Cəmi bir il mövcud olmasına və bilavasitə Sovet İttifaqının İrana qarşı siyasi, ideoloji və hərbi müdaxiləsi nəticəsində yaranmasına baxmayaraq, AMH tarixdə ilk dəfə Cənubi Azərbaycanda müstəqil müasir milli dövlətçilik cəhdi olub.