SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycanda daha bir nəfər prezidentliyə namizəd oldu

© Sputnik / Shahperi Abbasova112 saylı şəhər seçki dairəsi üzrə referendum
112 saylı şəhər seçki dairəsi üzrə referendum - Sputnik Azərbaycan
Abunə olmaq
MSK katibi Arifə Muxtarova iddiaçı ilə bağlı məlumatları diqqətə çatdırıb

BAKI, 19 fevral — Sputnik. Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında daha bir nəfərin Azərbaycanda aprelin 11-nə təyin edilmiş prezident seçkilərində namizədliyinin irəli sürülməsi təsdiq edilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, iclasda prezidentliyə namizədliyini fərdi qaydada irəli sürən Ramazan Bəkirovun namizədliyinin irəli sürülməsinin təsdiq edilməsi məsələsinə baxılıb.

112 saylı şəhər seçki dairəsi üzrə referendum - Sputnik Azərbaycan
SİYASƏT
Azərbaycanda prezidentliyə yeni namizəd var

MSK katibi Arifə Muxtarova iddiaçı ilə bağlı məlumatları diqqətə çatdırıb.

Qeyd olunub ki, R.Bəkirovun prezidentliyə namizədliyinin irəli sürülməsinin təsdiq edilməsi üçün hüquqi əsaslar mövcuddur.

Məsələ səsə qoyulub və təsdiq edilib.

Bununla da Azərbaycanda prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiq olunanların sayı 13 nəfərə çatıb. Bundan əvvəl MSK 12 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiq etmişdi.

Xəbər lenti
0