BAKI, 13 fevral — Sputnik. Azərbaycan Sosial-Demokrat Partiyasının (ASDP) sədri, deputat Araz Əlizadə də aprelin 11-də keçiriləcək seçkilərdə namizəd kimi iştirak edəcək. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə ASDP Mərkəzi Komitəsinin iclasında qərar verilib.
Xatırladaq ki, bu il aprelin 11-də Azərbaycanda növbəti prezident seçkiləri keçiriləcək. Hazırda namizədlərin elan olunması prosesi davam edir.