CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Kriminal müharibə başladı: Lotu Qulini təhqir edən çeçen güllələndi - VİDEO

CC0 / Skitterphoto / GunTapança, arxiv şəkli
Tapança, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Timur adlı kişi idarə etdiyi “Mercedes” markalı avtomobilin sükanı arxasında, naməlum şəxslər tərəfindən güllələnib

BAKI, 19 fevral — Sputnik. Avropa “obşyakı”nın nəzarətçisi “Şexy Həmzət” kimi tanınan Həmzət Qastamirovun cinayətkar klanının çeçen üzvü öldürülüb. Sputnik Azərbaycan oxu.az-a istinadla xəbər verir ki, bu barədə cinayətkar dairələrə yaxın olan mənbələr məlumat verib.

Rövşən Lənkəranskinin məzarı - Sputnik Azərbaycan
"Lotu Quliyə sui-qəsd işi"ndə gəlişmə: Lənkəranskinin qardaşı Bakıya döndü

Timur adlı kişi idarə etdiyi “Mercedes” markalı avtomobilin sükanı arxasında, naməlum şəxslər tərəfindən güllələnib. Cinayətkarlar avtomobilə avtomat silahlardan çoxsaylı atəş açıb. Hələlik hadisənin Rusiyanın hansı ərazisində törədildiyi məlum deyil.

Bundan bir müddət əvvəl Timur internetdə  hazırda Türkiyədə yaşayan və iddiaya görə, çeçen Əziz Batukayevin ticarət obyektlərini ələ keçirməyə çalışan Nadir Səlifova (Lotu Quli) ünvanlanmış video-müraciət yaymışdı.

Timur həmin videoda açıq şəkildə "Quli"nin cəzalandırılacağını deyib. Ehtimal edilir ki, məhz bu təhdid dolu ismarıc qanlı qətlin törədilməsinə yol açıb və nəticədə Timur qətlə yetirilib. Bu, hələlik versiyadır.

Fevralın 19-da Həmzət Qastamirovun yaxınları bu informasiyanın həqiqəti əks etdirmədiyini bəyan edib. Onların sözlərinə görə, Timur sağdır, internetdə yayılan videoda danışan şəxs o deyil.

Qeyd edək ki, Qastamirov hal-hazırda Almaniyada yaşayır. O, 2016-cı ilin avqust ayında öldürülmüş qanuni oğru Rövşən Canıyevin (Rövşən Lənkəranski) qardaşlığı sayılır. Qastamirov Lənkəranskinin qisasını alacağına and içib.

Xəbər lenti
0