BAKI, 19 fevral — Sputnik. Dünən baş tutmuş "Kasımpaşa" – "Galatasaray" oyununda üzücü hadisə baş verib. Matçın 6-cı dəqiqəsində "Galatasaray"-ın oyunçusu Bafetimbi Qomis oyun zamanı özündən gedib. Sputnik Azərbaycan xəbər verir ki, tibbi müdaxilədən sonra futbolçu oyuna davam edib.
Həkimlər bildiriblər ki, bu idmançıda xəstəlik çoxdan var: "Müəyyən qədər stress keçirəndə idmançı özündən gedir".