Люди на Площади фонтанов в Баку - Sputnik Azərbaycan
CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Aİ-nin yunan əsilli nümayəndəsi: Bakılılar, binaları sökməyin!

© Sputnik / Murad OrujovAvropa İttifaqının təmsilçisi Denis Daniilidis
Avropa İttifaqının təmsilçisi Denis Daniilidis - Sputnik Azərbaycan
Aİ-nin Bakıdakı yunan əsilli nümayəndəsi Denis Daniilidis boş vaxtlarını Xəzərin sahillərində keçirir və Sabunçudakı "bit bazarı" onun sevimli məkanıdır

Kamilla Əliyeva, Sputnik Azərbaycan

BAKI, 19 fevral — Sputnik. Yunanıstanın "sabah"ı ("avrio") qeyri-müəyyənlik və ya imtina deməkdir. Bunu Yunanıstan və Kiprdə olan dostlarımdan eşitmişəm. Bu söz artıq il yarımdır Bakıda yaşayan bir yunana etdiyim zəngə cavab gözləyərkən elə hey beynimdə fırlanıb. Ondan da "sabah" sözünü eşitdim, lakin zamanın və məkanın müəyyənləşməsindən sonra onunla görüşüm baş tutdu. Avropa İttifaqının təmsilçisi Denis Daniilidislə bu görüşdən məmnunam.

Azərbaycanın Türkiyədəki keçmiş səfiri Faiq Bağırov, arxix şəkli - Sputnik Azərbaycan
Azərbaycanlı diplomat vidalaşdı: "Sizə əmanətdir"

Diplomatı tədbirlərdə müşahidə edərkən və onun çıxışlarına qulaq asarkən, həmişə istəyirdim soruşam ki, Bakıda nə ilə nəfəs alır? İnanmayacaqsınız, amma sən demə, Denisin Bakıda ən çox sevdiyi yer Sabunçudakı "bit bazarı" imiş.

— 2016-cı ilin sentyabrından mən Bakıda Avropa İttifaqının siyasət və mətbuat şöbəsinə rəhbərlik edirəm. Artıq Azərbaycan dilini başa düşürəm. Ola bilsin, bir qədər bayağı səslənəcək və bəlkə də siz artıq bu sözü başqalarından eşitmisiz, amma mən Bakıda özümü evdəki kimi hiss edirəm. Məncə, bu, insanın psixoloji əhval-ruhiyyəsindən asılıdır. Bakı mənim üçün "amma"sız olaraq öz evimdir.

© Sputnik / Murad OrujovAvropa İttifaqının Azərbaycan nümayəndəliyinin siyasət və mətbuat şöbəsinin rəhbəri Denis Daniilidis
Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin siyasət və mətbuat şöbəsinin rəhbəri Denis Daniilidis - Sputnik Azərbaycan
Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin siyasət və mətbuat şöbəsinin rəhbəri Denis Daniilidis

— Denis, bizim şəhərdə sizi nə belə cəlb edir?

— Mən yunan əsilliyəm və mənim üçün şəhərin tarixi, dəniz qoxusu və dadlı yeməklər vacibdir. Bakıda dəniz var, bu, ilk növbədə o deməkdir ki, mənim sabitliyim təmin edilib. Evim də, ofisim də dənizə baxır. Dəniz isə müdrikdir və pis heç nə vəd eləmir.

Mənim üçün qədim şəhərin "şahidləri" — evlər, binalar və küçələr xüsusilə vacibdir. Qoy dağıdılmış olsun, qəzalı vəziyyətdə olsun, amma inanın, hər elə bir binanın öz aurası var və qlamur tikililərdən fərqli olaraq, onlar tarixi ötürürlər. Məni o fakt heyrətləndirir ki, bakılılar yenilərə sonuncu pullarını da xərcləməyə hazırdırlar, nəinki köhnəni qorumağa.

© Sputnik / Murad OrujovAvropa İttifaqının Azərbaycan nümayəndəliyinin siyasət və mətbuat şöbəsinin rəhbəri Denis Daniilidis
Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin siyasət və mətbuat şöbəsinin rəhbəri Denis Daniilidis - Sputnik Azərbaycan
Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin siyasət və mətbuat şöbəsinin rəhbəri Denis Daniilidis

— Siz daha çox tez-tez harada gəzməyi xoşlayırsız?

— Ola bilsin, bir diplomat üçün o qədər də qlamur yer deyil, amma mən Sabunçudakı "bit bazarı"nı ziyarət etməyi dəlicəsinə sevirəm. Əlbəttə, ora çirklidir, səs-küylüdür, ətrafı quşlar, iy basıb, amma bu, məhz həmin yerdir ki, orada əsl əhali – Bakının siması ilə üzləşirsən. Mən keçmiş Sovetskidə gəzməyi xoşlayıram, məhz o yerdə ki, orada həmin əfsanəvi kvartaldan nəsə qalıb. Bu küçələrə xüsusi atmosfer hakimdir.

— Denis, belə bir millət var — bakılılar. Onlarla tanış ola bilmisiz?

— Bütün liman şəhərlərində əhali çox açıq və genişürəkli olur. Bakı öz limanları və ticarət məntəqələri olan şəhərdir və buranın öz atmosferi var. Əlbəttə, bu gün burada yerli bakılılar o qədər də çox qalmayıb. Və mən düşünürəm ki, məhz bu milləti, yoxa çıxmaqda olan millət kimi YUNESKO-nun siyahısına salmaq lazımdır (gülür). Qarşımda bir bakılının dayanıb rus dilində danışmasını, sonra ehmalca Azərbaycan dilinə keçməsini və dayanıb düşünərək lüğətində o söz olmadığı üçün fikrini yenidən rus dilində tamamlamasını çox sevirəm.

© Sputnik / Murad OrujovAvropa İttifaqının Azərbaycan nümayəndəliyinin siyasət və mətbuat şöbəsinin rəhbəri Denis Daniilidis
Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin siyasət və mətbuat şöbəsinin rəhbəri Denis Daniilidis - Sputnik Azərbaycan
Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin siyasət və mətbuat şöbəsinin rəhbəri Denis Daniilidis

— Yəqin ki, sizin artıq milli mətbəximizlə tanış olmaq və sevimli yeməyinizi müəyyənləşdirmək imkanınız olub.

— Sözsüz ki, Azərbaycan mətbəxi zəngin və dadlıdır. Amma onun əsasını ət yeməkləri təşkil edir. Mən isə balıqyeyənəm. Bakıda genlər ətlə mübarizə aparır (gülür). Əlbəttə, bəzən mən də ətə qarşı müqavimət göstərə bilmirəm və kababın üzərində dayanıram.

Tez-tez dostları evimə toplayıram, onlara delikates — dəniz məhsulları təklif edirəm. Amma 2 saatdan sonra başa düşürəm ki, adamlar acıblar. Azərbaycanlılar ətə öyrəşiblər, mən isə balıqsız keçinə bilmirəm. Amma sizin dadlı lavaşlarınıza, pomidorunuza, xiyarınıza, sarımsaq və xüsusi ətirli qırmızı soğanınıza heyranam. Belələrini Avropada heç vaxt tapmazsız. Ümumiyyətlə, mən Bakıda tipik bakılı kimi yaşayıram. Mənim çoxlu dostlarım var ki, onlarla dənizə gedirəm, istirahət günləri bağ evində əncir mürəbbəsi ilə əsl samovar çayı təşkil edirik.

© Sputnik / Murad OrujovAvropa İttifaqının Azərbaycan nümayəndəliyinin siyasət və mətbuat şöbəsinin rəhbəri Denis Daniilidis
Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin siyasət və mətbuat şöbəsinin rəhbəri Denis Daniilidis - Sputnik Azərbaycan
Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin siyasət və mətbuat şöbəsinin rəhbəri Denis Daniilidis

— Bakı və bakılılara nə demək istərdiz?

— Bakılılar, binaları az sökün! Şəhərin mərkəzində maşınların hərəkətinə məhdudiyyət qoyun! Belədə sonsuz tıxaclar şəhəri və onun aurasını öldürür. Mənim fikrimcə, bu gözəl Bakını piyadaların ixtiyarına vermək lazımdır. Ölkədə şəhəri yaxşı istiqamətdə dəyişəcək yaradıcı adamlara diqqət yetirmək çox vacibdir. Və əlbəttə ki, daha çox balıq və dəniz məhsulları (gülür).

Mən Denislə ayrılarkən qeyd etdim ki, ehtiras yunan xalqının başlıca xarakterik xüsusiyyətidir. Əgər yunanlar hava və pul kisəsinin oğurlanması barədə eyni emosiya ilə danışırsa, şaşırmayın. Əsas odur ki, yunanlar yaşamağı, həyatdan zövq almağı bacarırlar. Bizim qəhrəmanımız da bunu sizin hər birinizə arzulayır.

Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала