Azərbaycanlı diplomat vidalaşdı: "Sizə əmanətdir"

© Photo : Mersin Şehir PortalıAzərbaycanın Türkiyədəki keçmiş səfiri Faiq Bağırov, arxix şəkli
Azərbaycanın Türkiyədəki keçmiş səfiri Faiq Bağırov, arxix şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Faiq Bağırov bəzi türk rəsmilərlə vida görüşü keçirib

BAKI, 6 oktyabr — Sputnik. Prezident İlham Əliyevin Xəzər İbrahimi Türkiyəyə səfir təyin etməsindən sonra, keçmiş səfir Faiq Bağırov bəzi türk rəsmilərlə vida görüşü keçirib. Sputnik Azərbaycan "Milliyet"-ə istinadən xəbər verir ki, Bağırov, ilk olaraq Ankara şəhər Keçiören Bələdiyyəsinin sədri Mustafa Akı ziyarət edib.

Sumqayıt bələdiyyəsi ilə qardaşlaşan Keçiören bələdiyyəsinin fəaliyyətini yüksək qiymətləndirən F. Bağırov, Türkiyədəki ilk Xocalı abidəsini inşa etdikləri üçün də Mustafa Aka xüsusi təşəkkürünü bildirib. "Bu abidə artıq sizə əmanətdir, cənab sədr" — Bağırov əlavə edib.

Öz növbəsində Mustafa Ak, keçmiş səfir Faiq Bağırova gələcək işlərində uğurlar arzulayıb. "Azərbaycan və Türkiyə hər zaman qardaş olaraq qalacaq" — Ak bildirib.

Xəbər lenti
0