BAKI, 18 fevral — Sputnik. Lissabonun "Sportinq" klubunun prezidenti Brunu de Karvalyu tutduğu vəzifəyə yenidən seçilib.
“Report” xəbər verir ki, o, bu təyinatdan sonra işçilərlə keçirdiyi müşavirədə bir sıra gözlənilməz qaydalar elan edib.
"Biz — sportinqçilərik və biz sübut etdik ki, sükut daha çox səs-küyə səbəb olur. Mən bizi daha az riskə atacaq dəyişikliklərin tərəfdarıyam: sosial şəbəkələrdən az istifadə etmək, həmçinin biz bu gündən daha idman qəzetləri almırıq, klub kanallarını çıxmaq şərti ilə, heç bir yerli televiziya kanalına baxmırıq. İndi KİV bizə başqa cür yanaşacaq", — deyə "Maisfutebol" nəşri De Karvalyunun sözlərini sitat gətirib.