Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Futbol oyunu zamanı zəlzələ baş verdi, oyun dayandırıldı

© Sputnik / Alexander MakarovФутбольный мяч, архивное фото
Футбольный мяч, архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Britaniyada son 10 ilin ən güclü zəlzələsi baş verib

BAKI, 17 fevral — Sputnik. Futbol üzrə Uels çempionatında "Port Tolbot" və "Taffs Vell" komandaları arasında keçirilən matç zəlzələ səbəbindən bir neçə dəqiqəlik dayandırılıb.

“Report” xəbər verir ki, bu barədə "Independent" nəşri məlumat yayıb.

Britaniya Geoloji Xidmətinin (BGS) məlumatına görə, 4,4 maqnituda gücündə zəlzələ son 10 ildə Krallıqda qeydə alınan ən güclü yeraltı təkan olub. Port-Tolbot şəhəri episentrdən 20 kilometr məsafədə yerləşir. Təbii fəlakət nəticəsində zərər çəkən olmayıb.

Dayandırıldıqdan sonra matç davam etdirilib və 2:1 hesabı ilə "Port-Tolbot"un xeyrinə başa çatıb.

Xəbər lenti
0