Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Ən faydalı 10 meyvə ilə tanış olun

© Sputnik / Ilham AhmadovVəndam qəsəbəsi ərazisində meyvə-tərəvəz bazarı
Vəndam qəsəbəsi ərazisində meyvə-tərəvəz bazarı - Sputnik Azərbaycan
Abunə olmaq
Ən faydalı 10 meyvənin siyahısını təqdim edirik

BAKI, 17 fevral — Sputnik. Türkiyənin “Hürriyet” qəzetinin köşə yazarı Osman Mütfüoğlu sağlamlığa faydalı olan 10 meyvədən yazıb. Osman Müftüoğlu ümumiyyətlə meyvələrin hamısının faydalı olduğunu bildirib. O meyvələrdəki fruktozanın çox faydalı olduğunu yazıb və lazımi miqdarda yeyildikdə onların sağlamlıq üçün əvəzsiz olduğunu bildirib. Sputnik Azərbaycan Müftüoğlunun siyahısını təqdim edir:

1. Qreypfrut

Tropik meyvələrin hər biri sağlamlığa faydalıdır. Amma qreypfurt diğərlərinə görə bir az fərqlidir. Vitamin və mineral baxımdan zəngin olmasından əlavə qreypfurtun insulinin normal miqdara gətirilməsi və çəkinin normallaşdırılması baxımından da ciddi faydası var. Qreypfurt qəbulu böyrək daşlarının əmələ gəlməsinin qarşısının alınmasında, xolesterol səviyyəsinin balanslaşdırılmasında, iştahın təşviq edilməsində də işə yarayır. Xüsusən səhər yeməyində yarım qreypfurt sağlamlığa faydalıdır.

2. Alma

Alma güclü bir vitamin, mineral və antioksidant qaynağıdır. Tərkibində bol miqdarda C, K və bəzi B vitaminləri var. Ayrıca çox önəmli bir antioksidant olan kuvarsetin də almanın tərkibində çoxdur. Kuvarsetin özəlliklə almanın qabıq hissəsində boldur. Bu səbəbdən yaxşı yuyulmuş almanı qabığı ilə birgə yemək daha faydalıdır. 

Toyuq bulyonu - Sputnik Azərbaycan
CƏMİYYƏT
Toyuq bulyonunun bilmədiyiniz faydaları

Daha bir önəmli kimyəvi maddə olan pektin də almada boldur. Pektin xərçəng xəstəliyinə qarşı çox güclü bir vasitədir. 

3. Limon

Limon bilinən ən güclü C vitamini qaynaqlarından biridir. Limon suyu böyrək daşlarının qarşısının alınması və müalicəsində təsirlidir.

Digər tərəfdən limonu bir stəkan ilıq suya sıxıb içsəniz qanın tərkibin normallaşmasında, ürəyin sağlam olmasında işə yarayır. Bəzi araşdırmalara görə çəkinin artmasına qarşı da faydalıdır.

4. Nar

Nar çox güclü bir antioksidantdır. Digər tərəfdən dənəsindəki omeqa-5 yağı da mükəmməl bir təbii dərmandır. Narın vitamin və mineral gücü də olduqca çoxdur. 

5. Qarpız

Qarpız A və C vitaminleri ilə zəngindir. Qarpızın hətta ağ hissəsi cinsi aktivliyə çox yararlıdır. Qarpızın xərçəngdən müdafiə xüsusiyyətləri var. Belə ki, qarpız tərkibindəki xərçəngdən müdafiə edən antioksidant olan likopenin miqdarına görə liderdir. Qarpız C, A vitaminlərinin və beta-karotinlərin ən yaxşı mənbəyidir. Bu səbəbdən o, ürək xəstəlikləri, döş xərçəngi, ağciyər, prostat vəzinin xərçəngi və yaşla əlaqədar görmə qabiliyyətinin pozulmasına qarşı müqavimət göstərir. 

Əzvay - Sputnik Azərbaycan
CƏMİYYƏT
Üç min il əvvəl kəşf edilən möcüzəvi bitkinin faydaları

6. Zeytun

Zeytunun tərkibindəki maye ən faydalı yağdır. Ürək xəstəliklərindən qorunmaqda, xroniki iltihabların qarşısının alınmasında, başda döş xərçəngi olmaqla bəzi xərçəng növləri ilə mübarizədə çox əhəmiyyətli rol oynayır.

Zeytunun tərkbində sadəcə zeytun yağı yoxdur. Orada bəzi güclü antioksidandlar da var. Özellikle qara zeytun mükəmməl bir antioksidant anbarıdır. Zeytun dəmir, kalsium və E vitaminini ilə də zəngindir.

7. Banan

Çox güclü potasium qaynağıdır. Potasium vücuda su və mineral normasını qoruyur. Əsəb sisteminə çox yaxşı təsir edir.

Bananın içindəki lif qanda yağların atılmasına kömək edir. Banan  əzələ qoruyucudur. Banan metabolizmi artırır. Toksinin ürək-damar qoruyucu təsiri var. Həm də ürəyə yaxşı təsir edən bir meyvədir.

8. Portağal

Portağal C vitamini deposudur. O soyuqdəymənin dərmanıdır. Çünki portağalın tərkibində C vitamini vardır ki, immun sistemini gücləndirir. Qandakı xolesterinin səviyyəsini aşağı salır. Portağalın tərkibində olan fibrlər qandakı xolesterinə müsbət təsir qoyar. Portağal çəkini normada saxlayır. Portağal xərçəng xəstəliyinə qarşı da vasitədir. Tədqiqatlar göstərir ki, portağalın tərkibində olan antioksidantlar xərçəngin bir çox növlərinə tutulmaq riskini azaldır. 

9. Xurma

Xurma zülallar, qlükoza və fruktoza, C, beta- karotin, kalium, kalsium, maqnezium, fosfor, dəmir və yodla zəngindir. Tərkibində qida lifləri və pektin var. Bu meyvənin parlaq narıncı rəngi onun beta karotin ilə zəngin olmasından xəbər verir. Tərkibindəki antioksidantlara görə  xurma yaşıl çaydan geri qalmır. 

Растительное масло,фото из архива - Sputnik Azərbaycan
SƏHİYYƏ
Qida yağlarının ən faydalısı müəyyənləşdirilib

Bu meyyvə bakterisid xarakterə malik olduğuna görə, bağırsaq çöplərinə, qızlı stafilokok bakteriyalarına qarşı mübarizə aparmaq xüsusiyyətinə malikdir. Bədənində hər hansı infeksiyası olan insanlara orqanizmi güləndirmək üçün xurma yemək tövsiyə olunur.

10. İnnab

İnnab dərman qədər faydalı bir meyvədir. Bu meyvənin tərkibində pektin, tanen, bitki seliyi, şəkər və C vitamini var.

İnnab qandakı mikrobları təmizləyir. Astma və tənəffüs yolu xəstəlikləri zamanı çox faydalıdır, bəlğəmgətirici və öskürəkkəsici təsirə malikdir, qanı təmizləyərək bağırsaqları işə salır, stress və bədənin özünü yenidən bərpa etmə prosesini sürətləndirir.

İnnab suyu ürək-damar xəstəliklərinə yaxşı təsir edir.

Xəbər lenti
0