Təyyarə yerə çırpılanda pilotların dəhşət doğuran qışqırığı eşidilir...

© Sputnik / Vitaly Ankov / Mediabanka keçidСамолет Ан-148-100В, фото из архива
Самолет Ан-148-100В, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Araşdırmalar zamanı müəyyən edilib ki, qəza uçuşun sürət uyğunsuzluğu səbəbindən baş verib

BAKI, 16 fevral — Sputnik. Rusiyada qəzaya uğrayan "An-148" təyyarəsinin “qara qutusunun” açılmasından sonra bəzi qaranlıq məqamlar üzə çıxıb. Belə ki, səs yazısı dinlənildikdən sonra pilotların təyyarənin sürətinin müəyyən edə bilmədikləri ortaya çıxıb. Böyük ehtimalla, qəzanın əsas səbəbi də bu olub.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, səs qeydinin əvvəlində pilotların idarəetmə xəritəsini oxuduqları və müxtəlif alətlərin işini yoxladıqları eşidilir. Amma nədənsə, pilotlar tam təzyiq qəbulediciləri işə salınmır. Halbuki, bu hərəkət əməliyyat xəritəsində qeyd olunub.

Самолет Ан-148-100В авиакомпании Саратовские авиалинии в аэропорту Владивостока, фото из архива - Sputnik Azərbaycan
An-148 təyyarəsinin qəzaya uğrama səbəbi məlum olub

Uçuş başlayandan sonra pilotlar displeydə fərqli sürət göstəriciləri müşahidə edirlər. Onlar mübahisə edərək, problemi həll etməyə, sürəti artımağa və təyyarəni yerə doğru yönəltməyə çalışırlar. Yerə çırpılan anda pilotların dəhşət doğuran qışqırıqları eşidilir.

Bu, qəzaya uçuşun sürət uyğunsuzluğunun səbəb olduğu versiyasını təsdiqləyir.

Xatırladaq ki, fevralın 11-də Moskvadan Orska uçan AN-148 təyyarələri uçuşdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb. Qəza zamanı 65 sərnişin və 6 ekipaj üzvü həlak olub.

Xəbər lenti
0