An-148 təyyarəsinin qəzaya uğrama səbəbi məlum olub

© Sputnik / Vitaly Ankov / Mediabanka keçidСамолет Ан-148-100В авиакомпании "Саратовские авиалинии" в аэропорту Владивостока, фото из архива
Самолет Ан-148-100В авиакомпании Саратовские авиалинии в аэропорту Владивостока, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Saratov hava yolları"na aid An-148 təyyarəsinin qəzaya uğramasına səbəb mühərrikin tam qızmaması olub

BAKI, 13 fevral — Sputnik. Fevralın 11-də Moskva yaxınlığında "Saratov hava yolları"na (Saratov Airlines) aid An-148 təyyarəsinin qəzaya uğramasına səbəb mühərrikin tam qızmaması olub.

Sputnik Azərbaycan Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə hadisə yerində aparılan araşdırma ilə tanış olan mənbə bildirib.

Aviaqəzanın baş verməsinə səbəb olan əsas versiya kimi pilotun uçuşdan əvvəl turbinin qızıb-qızmamasına diqqət yetirməməsi, eləcə də təyyarədə kifayət qədər antifrizin olmasına əmin olub-olmaması nəzərdən keçirilir.

Службы спасения на месте крушения самолета АН-148 - Sputnik Azərbaycan
Versiyalar: An-148 niyə qəzaya uğrayıb?

Bir qədər əvvəl məlum olmuşdu ki, təyyarə keçən il texniki baxışdan keçirilərkən, onda reduktorun yağının müntəzəm olaraq dəyişdirilmədiyi, hava starterinin filtrinin yuyulmadığı aşkarlanıb. Sonuncu uçuşdan əvvəl isə kapitan laynerin işlənmiş antifrizini yenisi ilə əvəz etməkdən imtina edib.

Qəza yerində 1,4 min fraqmentdən artıq cəsəd qalığı və 500-ə yaxın təyyarə hissəciyi tapılıb. Təyyarənin "qara qutusu" da tapılıb və o, yaxşı vəziyyətdədir.

Təhqiqatçılar terror aktı versiyasını istisna ediblər. Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko bildirib ki, qəzanın ilkin araşdırılmasının nəticələrinə görə, təyyarə yerə dəyəndən dərhal sonra partlayıb.

"Saratov hava yolları" şirkətinə məxsus 703 saylı Moskva-Orsk reysi üzrə uçan "An-148" təyyarəsi Domodedovo aeroportundan havaya qalxandan 4 dəqiqə sonra qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 3-ü uşaq olmaqla 65 sərnişin və 6 ekipaj üzvü olub. Qəza nəticəsində sağ qalan yoxdur.

Xəbər lenti
0