BAKI, 16 fevral — Sputnik. "Neftçi" Peşəkar Futbol Klubunun prezidenti Orxan Hüseynzadə şəxsi istəyi ilə tutduğu vəzifədən istefa verib. Sputnik Azərbaycan "Neftçi"-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, Orxan Hüseynzadə bu gün istefa ərizəsi ilə klubun təsisçisinə müraciət edib.
O.Hüseynzadənin istefası qəbul olunub. Kluba yeni prezident təyin olunub. Bu gündən etibarən Kamran Quliyev "Neftçi" Peşəkar Futbol Klubunun prezidenti vəzifəsini icra edəcək.
K.Quliyev indiyədək "Sumqayıt" Futbol Klubunun prezidenti vəzifəsini icra edirdi. O, yeni təyinatla əlaqədar bu gün tutduğu vəzifədən istefa verib.