Ərdoğandan Amerikaya "Osmanlı şilləsi"

© Photo : Yasin Bulbul/Presidential Palace / Handout via REUTERSTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan - Sputnik Azərbaycan
Abunə olmaq
YPG/PYD terrorçularına təlim keçən bir nəfər amerikalı general, əgər Türkiyə bizi də hədəf alsa, sərt cavab alacaqlar demişdi

BAKI, 13 fevral — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan partiyasının qrup toplantısında ABŞ əleyhinə sərt ifadələr işlədib. Amerikanı terrorçulara dəstəkdə ittiham edən Ərdoğan heç kəsin Türkiyəyə hədə-qorxu gələ bilməyəcəyini söyləyib.

Türk əsgərləri Afrin bölgəsində - Sputnik Azərbaycan
Türkiyədən Amerikaya təhdid: "Sizə Vyetnam acınızın 5 qatını yaşadarıq"

"Amerikalı generallar PYD-li terrorçularla şəkil çəkdirərək bizə təhdid dolusu mesajlar göndərirlər. Görünür, onlar Osmanlı şilləsi yeməyiblər. Bizi başqaları ilə səhv salmasınlar. Onlara yenidən səslənirəm. Suriyada terrorçulara yaxın durmasınlar. Çünki bütün terrorçular hədəfimizdədir, hamısı öldürüləcək", – Ərdoğan bildirib.

Sputnik Azərbaycan "Timeturk"ə istinadən xəbər verir ki, YPG/PYD terrorçularına təlim keçən amerikalı general, “əgər Türkiyə bizi də hədəfə götürsə, sərt cavab alacaq” demişdi.

Türkiyə prezidenti, ABŞ-ın Suriyadakı varlığının İŞİD-lə əlaqəsi olmadığını da deyib.

"Amerika guya İŞİD-lə mübarizə aparır. Hardadı İŞİD? O teatr bitdi artıq. Biz regionda kimin kim olduğunu açıq-aşkar bilirik. Bu gün heç kim İŞİD adından istifadə edə bilməz", – Ərdoğan vurğulayıb.

Xəbər lenti
0