Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda təhlükə dərinləşir, əraziyə yaxınlaşmamaqla bağlı xəbərdarlıq edilir

© Sputnik / Murad OrujovОблачная погода в Баку
Облачная погода в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Əziz Qaralov: "Hazırda ərazidə fəaliyyət göstərmək də təhlükəlidir"

BAKI, 12 fevral — Sputnik. "Bayıl yamacındakı sürüşmə sahəsi 6,9 hektar ərazini əhatə edir. Ərazidə olan çatların uzunluğu əvvəl 70 metr idisə, indi bu ölçü 220 metrə çatıb".

Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib. O bildirib ki, təhlükəli zonada 106 ev siyahıya alınıb.

Televiziya Qülləsi yaxınlığında sürüşmə sahəsi - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bayılda sürüşmə və evlərin dağılma anı — VİDEO

"Orada ərazinin 70 faizindən çoxu yaşıllıqdır. Bu ərazidə şam, zeytun və digər ağaclar əkilib. Sürüşmənin qarşısının alınması üçün müəyyən növ ağacların kökü 15 metrdən artıq getməlidir ki, kütləni saxlaya bilsin", — Qaralov qeyd edib.

Onun sözlərinə görə, ETSN-in əməkdaşları hər gün əraziyə baxış keçirirlər: "Ancaq vəziyyət o həddə çatıb ki, həmin çatların olduğu əraziyə çıxmaq təhlükəlidir. Ərazidə çoxsaylı çatlar əmələ gəlib. Və ərazi təhlükəli olduğu üçün keçmək mümkünsüzdür. Həmin ərazilərdə 20 metrlik yarğanlar əmələ gəlib. Çatlar isə uzanaraq yola qədər çatıb. Hazırda ərazidə fəaliyyət göstərmək də təhlükəlidir".

Xəbər lenti
0